Mövzunun aktuallığı.İqtisadi proseslərin tənzimlənməsi tənzimlənməsi və iqtisadi təhlükəsizliyin təmin edilməsi problemləri iqtisadi tədqiqatların nəzəri və praktiki əhəmiyyət kəsb edən predmeti olaraq, öz aktuallığı ilə seçilir. Son onilliklərdə Azərbaycanda cəmiyyətin və dövlətin dayanıqlı və innovativ inkişafını dəstəkləyən amillər yaradılmışdır. Qeyd etmək lazımdır ki, son illər ərzində vergi orqanlarının modernləşdirilməsi istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində vergi sisteminin fəaliyyətinin səmərəliliyi əhəmiyyətli dərəcədə artmışdır. Bu proseslərin davamı kimi, iqtisadiyyatın dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsi, vergi sisteminin ölkənin sosial-iqtisadi inkişafında rolunun qiymətləndirilməsi istiqamətində həyata keçirilən elmi tədqiqatların əhəmiyyəti artır. Qeyd olunanlar vergi təhlükəsizliyinin iqtisadi inkişafa təsirinin öyrənilməsinin elmi əsaslarının formalaşdırılmasının tədqiqatın məqsədi kimi qəbul olunmasını şərtləndirmişdir.