Tədqiqatın infоrmasiya bazasını - Vеrgilər Nazirliyi, Maliyyə Nazirliyi, Iqtisadi inkişaf Nazirliyinin matеrialları, mеtоdik göstərişləri və digər nоrmativ sənədləri, Dövlət Statistika Kоmitəsinin rəsmi məcmuə, həmçinin еlmi-tədqiqat işlərinin nəticələri təşkil еdir.
Dissertasiya işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:
vergi təhlükəsiziyi konsepsiyasının formalaşmasının nəzəri-metodoloyi əsasları öyrənilmişdir;
vergi təhükəsizliyi sisteminin məzmunu, əsas elementləri və prinsipəri açıqlanmışdır;
iqtisadi inkişafin təmin edilməsində vergi təhlükəsizliyi sisteminin rolu tədqiq edilmişdir;
Azərbaycan Respublikasının vergi təhlülkəsizliyinin beynəlxalq səviyyədə təmin edilməsi problemləri təhlil edilmişdir;
vergi təhlükəsizliyinin iqtisadi inkişafa təsirinin artirilmasi istiqamətləri araşdırılmışdır;
vergi təhlükəsizliyinin normativ-hüquqi təminatının təkmilləşdirilməsi yolları tədqiq edilmişdir.
Dostları ilə paylaş: |