I FƏSİL:Ticarətdə əməyin ödənişinin uçotu və təhlilinin nəzəri-metodoloji əsasları -
Əmək ehtiyatlarının müəssisənin iqtisadiyyatında rolu və əmək haqqı siyasəti.
Cəmiyyətin inkişafının istər əvvəlki dövrlərində, istərsə də, yüksək inkişaf etmiş indiki bazar münasibətləri şəraitində təsərrüfat fəaliyyətinin elə bir sahəsini tapmaq olmaz ki, orada insan əməyindən istifadə olunmasın. İnsan öz əməyini sərf etməklə təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində özünə lazım olan əmək əşyaları, istehlak şeyləri düzəldir və onları istehlak edir. Başqa sözlə desək, insan əmək sərf etməklə öz yaşayış tərzini qurur, öz həyat yolunu müəyyənləşdirir.
Əmək xalq təsərrüfatında yaradılmış məhsulun istehsal, istehlak və bölgüsü prosesinin tərkibi hissəsidir. Başqa sözlə əmək insanın məqsədəuyğun fəalliyəti olub istehsal prosesinin ən muhum ünsürlərindən biri və əsasıdır. Əmək bütün ictimai-iqtisadi formasiyalarda insan həyatının əbədi təbii şərtidir.
Müəssisə və təşkilitlar öz nizamnamələrinə müvafiq olaraq qarşısında duan istehsal tapşırıqlarını həyata keçirmək üçün müəyyən sayda əmək ehtiyatlarına, yəni işçi qüvvəsinə malik olmalıdır. Odur ki, hər bir iqtisadi sistemdə əmək bazarı, iş qüvvəsi bazarı və onun formalaşmasından asılı olaraq, iqtisadiyyatın işçi qüvvəsi ilə təmin olunması mühüm əhəmiyyət kəsb edən məsələdir.
İqtisadi sistemlərdə «iş qüvvəsi bazarı»nın formalaşması mənbəyi əhalidir. Bütövlükdə əhalinin müəyyən hissəsi qanunçuluq əsasında əmək resursu kimi qiymətləndirilir.
Əmək ehtiyatları iş qabiliyyətli bütün əhalini əhatə edir. İjtimai istehsalın inkişafı, ölkənin maddi ehtiyatlarının toplanması və artması, nəhayət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi əmək resurslarından istifadə səviyyəsindən asılıdır.
İqtisadi ədəbiyyatlarda bəzi hallarda əmək ehtiyatları anlayışı işçi qüvvəsi ilə eyniləşdirirlər. Lakin bunlar arasında fərq mövjuddur. Belə ki, əmək ehtiyatları iş qabiliyyətli bütün əhalini əhatə edirsə, işçi qüvvəsi əmək ehtiyatlarının ictimai istehsalda çalışan hissəsini əks etdirir.
Son illərin statistik məlumatları göstərir ki, iqtisadiyyatın dövlət sektorunda məşğul olanlar azalmağa, qeyri-dövlət sektorunda salışanlar isə artmağa doğru meyillədir. Qeyri-dövlət sektorunda isə fərdi fəaliyyət daha cox daha çox xüsusi çəkiyə malikdir.
Deməli iqtisadiyyatın bazar yönümlü inkişafı iş qüvvəsinin transformasiyasına səbəb olmuşdur. Əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məsələsinə iki istiqamətdə baxmaq olar. Bir tərəfdən işsizliyi ləğv etmək üçün bütün işləyə bilən əhalinin işlə təmin olunması, ikinci bir tərəfdən xalq təsərrüfatının tələbatını ödəyə bilən ixtisaslı kadrların, mütəxəssislərin işlə təmin olunması. Əmək resurslarından səmərəli istifadə olunması və onun xalq təsərrüfatı sahələri üzrə yerləşdirilməsi daimi problemdir. Çünki, bu problemə çoxlu sayda sosial-psixoloci amillər təsir göstərir.
Əmək ehtiyatlarının səmərəli bölgüsünün konkret metodikası yoxdur, lakin qanunauyğunluğu vardır. Belə ki, bu zaman ilk əvvəl milli istehsalın tələbatı, onun da daxilində aparıcı sahələrin tələbatı ödənilir. Bu ardıjıllıqla qalan sahələrin də işçi qüvvəsinə olan tələbatı ödənilir. Lakin bu zaman müəyyən mütənasibliklər: ümumi əhali ilə əmək ehtiyatları arasında, maddi istehsal, xidmət sahələri və kənd təsərrüfatı arasında və s. mütənasibliklər gözlənilməlidir.
Bazar münasibətləri şəraitində müəssisə, idarə və təşkialtlar təkcə istehsalda deyil, həm də bu və ya digər əmək funksiyasını həyata keçirən işçilərə, habelə digər müəssisələrlə münasibətdə tam sərbəstliyə maliklir. Müəssisə və təşkilatlarda fəhlə və qulluqcularla hesablaşmalar bü münasibətlərin əsasını təşkil edir. Bu hesablaşmaların əsas hissəsini əmək haqqı ilə əlaqədar hesablamalar tutur. Əməyin ölçülməsi və sərf edilməsinə nəzarət əmək haqqı vasitəsi ilə həyata keçirilir. Cəmiyyət üzrə əmək haqqı zəhmətkeşlər arasında onların sərf etdiyi əməyin kəmiyyət və keyfiyyətinə müvafiq pul və ya məhsul formasında bölüşdürülən milli gəlirin bir hissəsidir. Belə ki, istər maddi istehsal, istərsə də qeyri-maddi istehsal sahəsində ümumdaxili məhsuldan hər bir işçiyə çatası hissə onların sərf etdikləri əməyin kəmiyyət və keyfiyyətinə görə hesablanır. Əmək haqqı əməyə görə bölgü forması olmaqla, işçilərin ictimai istehsalda şərt etdikləri əməyin kəmiyyət və keyfiyyətinə uyğun olaraq onların fərdi istehlakına daxil olan ayrı-ayrı xalq təsərrüfatı müəssisəsində yaradılan zəruri məhsulun əsas hissəsinin pul ilə ifadəsidir.
Əmək haqqı işçilərin öz əməyinin nəticəsində, əmək məhsuldarlığının, məhsul (ticarətdə mal dövriyysi) həcminin keyfiyyət və çeşidinin artırılmasında ən mühüm vastədir.
Rəqabətin geniş vüsət aldığı ölkələrdə idarə və təşkialtların özlərinə lazım olan işçi qüvvəsini əlavə edə bilmək və yüksək ixtisaslı kadrların müəssisədə qalmasını təmin etmək üçün onlara yüksək əmək haqqı ödənməlidir.
Əmək haqqı, sosial yardımlar bütün təbəqələrdə çalışan insanları isə cəlb edən, həvəsləndirən və müəssisəyə bağlayan əsas faktorlardan biridir.
Işçilərin əmək məhsuldarlığını yüksəltmək üçün müəssisələr əmək haqqı ödənilməsində sosial ədalət prinsipinə əməl etməlidirlər. Çalışan şəxs özünü digər çalışan şəxslərlə müqayisə edərək eyni işə fərqli əmək haqqının ödənildiyini görərsə bu zaman ruh düşkünlüyü yaranar və xoşa gəlməz nəticələr ortaya çıxır. Əməyin ödənilməsi ilə bağlı müəssisələrdə 2 məsələyə: 1) ədalətlilik; 2) maddi maraq prinsiplərinə diqqət etmək vacibdir. Hər kəs əmək haqqının yüksək olmasını arzulayır, ancaq buna baxmayaraq əməyin ödənilməsi zamanı işciyə müvafiq işə uyğun əmək haqqı ödənilməlidir. Əmək haqqı insanları həvəsləndirən, onların iş görmə bajarıqlarını yüksəldən bir vasitə olduğu üçün əməyin ödənilməsi təşkialat üçün həyata əhəmiyyət kəsb edir.
Əməyin ödənilməsi insan resurslarının idarə edilməsi fəaliyyətinin çoxlu mühüm funksiyalarından biridir. Maaşlar bir tərəfdən müəssisədə əmək şərt etməklə çalışanların gəlir mənbəyini və yaşayış səviyyəsini təyin edən bir meyar, digər tərəfdən sənayenin inkişafına təsir göstərən bir maliyyə mənbəyi ölkə daxilində milli gəlirn müxtəlif işçi qrupları arasında paylaşmasını cəmiyyət daxilində sosial ədalətin isharını göstərən ünsürdür. Əmək haqqı çalışan şəxslər üçün gəlir mənbəyi olduğuna görə, onlar yaşayış səviyyələrinin yüksəldilməsinə nail olmaq üçün əmək haqqının artırılmasını arzulayırlar. Buna görə də əməyin ödənilməsi işçiləri və həmkarlar ittifaqını ən çox maraqlandıran məsələlərdən biridir.
İdarə və təşkilatlarda əmək haqqı sistemlərinin istiqamətləndirilməsi məqsədi ilə sistematik siyasət aparır. Əməyin ödənilməsi ilə bağlı aparılan siyasətin məqsədi ayrı seçkiliyə yol verməmək prinsipinə uyğun və ədalətli şəkildə pul vəsaitlərinin bölüşdürülməsinə nail olmaqdır. Təşkialtın həyata keçirdiyi siyasətlə əmək haqqı səmərəliliyi, satışın miqdarı ilə müştərilərin sayı kimi meyarlar arasında əlaqə yaradır.
Təşkialatların ödəmə siyasəti bir-birindən fərqlənir. Az gəlirlə işləyən idarə və təşkilatlar lazımi sayda işçini jəlb etmək istəsələr də, ən az miqdarda əmək haqqı ödəyirlər. Çox vaxt onların ödədiyi məbləğ minimum əmək haqqını aşmır. Bəzi idarə və təşkilatlar yüksək əmək haqqı ilə əmək məhsuldarlığını artırmaqğa, həm də ixtisaslı işçi qüvvəsinin müəssisəyə axınına nail olmağa can atırlar.
Dostları ilə paylaş: |