D-t 222 «Yolda olan pul köçürmələri»
K-t 221 «Kassa»
2. Pul bank hesabına daxil olmuşdur:
D-t 223 «Bank hesablaşma hesabları»
K-t 222 «Yolda olan pul köçürmələri»
3. Hesablaşma hesabından xarici valyuta alınması üçün pul köçürülmüşdür:
D-t 222 «Yolda olan pul köçürmələri»
K-t 223-1 «Yolda olan xarici valyutalar üzrə köçürmə»
4. Xarici valyuta alınmışdır:
D-t 721 «İnzibati xərclər»
K-t 222 «Yolda olan pul köçürmələri»
Hazırda sahibkarlıq fəaliyyətində digər müəssisələrlə (şəxslərlə) qarşılıqlı hesablaşmaların dəqiq və operativliyini təmin etmək üçün bank vasitəsilə köçürmələrdən daha çox istifadə edilir.
Hesablar Planına uyğun olaraq 223 nömrəli «Bank hesablaşma hesabları» müəssisənin bankdakı hesabında manatla saxlanılan pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Hesablaşma hesabı üzrə əməliyyatların aparılması qaydası «Mərkəzi Bank», Maliyyə Nazirliyi, Vergi və digər dövlət orqanlarının normativ sənədləri ilə tənzimlənir. 223 №-li hesab aktiv olduğundan pu vəsaitlərinin daxil olması hesabının debetində, xaric olması isə kreditində göstərilir. Pul vəsaitləri hesablaşma hesabına aşağıdakı mənbələrdən daxil ola bilər: kassadan, köçürmə yolu ilə satılmış məhsullardan, iş və xidmətlərin göstərilməsindən yaxud avans məbləğlər.Vəsaitlərin hesabdan silinməsi əsasən büdcəyə və digər kreditorlara olan borcların ödənilməsinə yönəldilir.
Bank əməliyyatları zamanı istifadə olunan mühasibat yazılışları aşağıdakı kimidir:
Kassadan pul bankdakı hesablaşma hesabına verilir:
Dostları ilə paylaş: |