Xüsusi hesablaşma formaları
Xüsusi hesabı malalan öz vəsaiti, yaxud müvafiq bankın ssudası hesabına malverən müəssisəyə xidmət edən bank şöbəsində açır və həmin hesab üzrə əməliyyatların yerinə yetirilməsinə sərəncam vermək üçün öz nümayəndəsini təyin edir.
Akkreditivdən fərqli olaraq, xüsusi hesabın müddəti məhdud deyil, lakin hesab üzrə ay ərzində əməliyyata aparılmadıqda bu hesab bank tərəfindən bağlanılır və onun qalığı malalan müəssisəyə qaytarılır. Onun vasitəsilə bir və ya bir neçə malverənlərlə hesablaşma aparmaq olar. Bəzi əməliyyatların görülməsi üçün isə bu hesabdan hətta nağd pul da alına bilər. Xüsusi hesaba dair hesablaşmaların uçotu həmin hesabdan malalan müəssisəyə verilmiş bank çıxarışına əsasən həyata keçirilir. Bəzi əməliyyatlar və onlardan meydana gələn mühasibat yazılışları aşağıdakı kimidir:
Malverən və müəssisənin bankında xüsusi hesab açılmışdır – 224 saylı hesabın (yuxarıda göstərilən subhesab) debeti və 223 (yaxud 501) hesabın krediti.
Malverənlərin aksept edilmiş tədiyyə tələbnamələri, xüsusi hesabın krediti.
Ay müddətində əməliyyat aparılmadığı üçün xüsusi hesab bank tərəfindən bağlanmışdır. Onun qalığı malalan müəssisənin hesablaşma hesabına qaytarılmışdır 223 hesablaşma hesabının debeti və 224 saylı hesabın krediti.
Deməli, xüsusi hesab formalı hesablaşmaların uçotu akkreditivin uçotuna oxşardır. Onlara dair əməliyyatların sintetik və analitik uçotu üçün 3 saylı jurnal-order nəzərdə tutulmuşdur.
Tədiyyə tapşırıqlarını ödəyici müəssisə özü yazır. Adətən eyni şəhərli hesablaşmalar zamanı bank tapşırıqları müəyyən məbləğdən az olmayaraq başqa şəhərli müəssisə ilə haqq-hesabı yekunlaşdırmaq üçün istifadə olunur.
Tapşırığı etibar müddəti 10 gündür. Tədiyyə tapşırıqları mal-material və sairə əməliyyatlar üzrə hesablaşmalar aparıldıqda geniş tətbiq edilir. O, cümlədən: daşınması bir gündən artıq olmayan, daxil olmuş xammal və materialların dəyərinin ödənilməsi, büdcəyə sosial sığorta orqanlarına və müvafiq banklara çatası məbləğlərin köçürülməsi, kreditor borclarının və İddiaların ödənilməsi və i.a. məqsədlər üçün də hesablaşmaların bu forması xarakterikdir.
Tədiyyə tapşırıqlarından başqa bank tərəfindən aksept edilmiş tapşırıqlar da tətbiq olunur. Bu tapşırıqlarından rabitə nazirliyinin müəssisələri ilə hesablaşmalar (məs.: köçürülmə) poçt bağlanmasının göndərilməsi, qoyulmuş tədiyyələrin ödənişi, həmçinin nəqliyyat təşkilatları ilə bir dəfəlik hesablaşmalar (yükün, sərnişinlərin və onların baqajlarının daşınması) zamanı istifadə edilir.
Tapşırığın etibar müddəti 10 gündür. Bütün başqa hallarda (əmək haqqı, pensiya, aliment, ezamiyyət pulu) aksept edilmiş tapşırığın məbləği məhdudlaşdırılmır.
Bankdan alınan çıxarışlara və onlara əlavə edilmiş tədiyyə tapşırıqlarının sürətlərinə əsasən edəcəyi tərəf müvafiq mühasibat köçürmələri tərtib edir.
Dostları ilə paylaş: |