Plastik kartlardan istifadə etməklə hesablaşma forması
Bütün dünyada geniş istifadə olunan plastik (bank) kartları nağdsız hesablaşmaların bir növüdür. Plastik kartlar hesablaşma və digər sənədləri tərtib etmək üçün vasitədir və müştərinin hesabına ödənilməlidir. VİSA, Master Card, American Express və s. ödəniş sistemləri həmin kartlara malik olan müəssisə və şəxslərə imkan verir ki, dünyanın əksər ölkələri ilə hesablaşma əməliyyatları aparısn. Bunun üçün bir sıra emitent-banklarda bir kart hesabı açmaq kifayətdir.
Kredit təşkilatları-emitentlər plastik kartların emissiyasını həyata keçirir. Başqa sözlə plastik kartların buraxılması üzrə fəaliyyət göstərir. Daha dəqiq desək, bu məqsədlə xüsusi kart hesabları, hesablaşma kassa xidməti və s. nəzərdə tutulur.
Kredit təşkilatları bank kartlarının emissiyasını həm fiziki, həm də hüquqi şəxslər üçün həyata keçirir. Plastik kartları əldə eetmək üçün müştəri (fiziki və hüquqi şəxslər) kredit təşkilatı ilə müqavilə bağlayır. Müqavilə əsasında müştərif plastik kart verilir.
Emitentlə müqavilə bağlayanın fiziki və yaxud hüquqi şəxs olmasından asılı olaraq plastik kartlar iki növə bölünür: fərdi kartlar və korporativ kartlar.
Fərdi kartlar fiziki şəxslər üçün nəzərdə tutulmuşdur. Korporativ kartlar təşkilatlar üçün nəzərdə tutulur. Müəssisə korporativ kart vasitəsilə təhtəlhesab məbləğlər verir və əsas fəaliyyət üzrə nağdsız hesablaşmaları həyata keçirir. Korporativ kartlardan əmək haqqı və digər sosial xarakterli ödənişləri həyata keçirməyə icazə verilmir.
Korporativ kartları əldə etmək üçün müəssisə kart hesabını vergi müfəttişliyində qeydiyyatdan keçirməlidir. Plastik kartlar hesablaşma (debet) və kredit kartlarına bölünür. Debet personal kartlardan fiziki şəxslər, debet korporativ kartlardan isə hüquqi şəxslər istifadə edir. Eyni zamanda kredit personal kartlar fiziki şəxslər, kredit korporativ kartlar isə hüquqi şəxslər üçün nəzərdə tutulur.
Müəssisə, kart hesabını həm özünə xidmət göstərən bankda, həm də hesablaşma hesabı və digər hesabları olmayan başqa bir bankda da ala bilər.
Plastik kartlarla əməliyyatlar aşağıdakı texniki, vasitələrdən istifadə etməklə həyata keçirilir: imprinter, elektron terminal və bankomat.
İmprinter dedikdə plastik kartların relyef rekvizitlərindəki qeydləri kağız sənədlərə köçürmək üçün nəzərdə tutulan mexaniki qurğu başa düşülür.
Dostları ilə paylaş: |