«magistr hazirliği məRKƏZİ»


Elektron terminal dedikdə



Yüklə 410 Kb.
səhifə59/66
tarix01.01.2022
ölçüsü410 Kb.
#104121
1   ...   55   56   57   58   59   60   61   62   ...   66
Elektron terminal dedikdə, bank kartlarından istifadə etməklə baş verən əməliyyatlar üçün nəzərdə tutulan elektron proqram-texniki qurğular başa düşülür. Elektron jurnal dedikdə bank kartlarından istifadə etməklə tərtib olunan elektron formasında sənədlərin məcmusu başa düşülür.

Bankomat dedikdə, bank kartlarından istifadə etməklə nağd pulların verilməsi və qəbulu nəzərdə tutulan elektron proqram-texniki kompleks başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə korporativ kartlardan hüquqi şəxslər aşağıdakı məqsədlər üçün istifadə edə bilər:

  1. Respublikanın ərazisində (milli valyuta ilə) təsərrüfat fəaliyyətinin həyata keçirmək üçün nağd pul vəsaitinin əldə olunması;

  2. Respublikanın ərazisində əsas fəaliyyətlə əlaqədar əməliyyatları həyata keçirmək üçün nağdsız əməliyyatlar;

  3. Respublikanın ərazisində (milli valyuta ilə), onun hüdudlarından kənarda (xarici valyuta ilə) nümayəndəlik xarakterli xərclərin nağdsız ödənişi;

  4. Müəssisə İşçilərinin respublika ərazisində (milli valyuta ilə), onun hüdudlarından kənarda (xarici valyuta ilə) ezamiyyə ilə əlaqədar xərclərin nağdsız ödənişi;

  5. Ezamiyyə ilə əlaqədar xərclərin ödənməsi üçün nağd xarici valyutanın Azərbaycan hüdudlarından kənarda əldə olunması.

Plastik kartlardan istifadə etməklə yuxarıda sadaladığımız əməliyyatlar təhtəlhesab şəxslər vasitəsilə həyata keçirilir. Plastik kartlardan istifadə etməklə əməliyyatlar və kağız daşıyıcılarında, ya da elektron jurnalda sənədlərin məcburi qaydada tərtibinə nəzərdə tutur.

Plastik kartlar əsasında nağd pulların verildiyi məntəqələrdə tərtib olunan elektron terminalın və yaxud qəbzində aşağıdakı məcburi rekvizitlər olmalıdır:



  • nağd pul vəsaitlərinin verilməsi məntəqəsinin identifikatoru;

  • əməliyyatın baş verdiyi tarix;

  • valyuta ilə əməliyyatların məbləği;

  • əməliyyatın baş verməsinə görə ekvayrer komissiyasının məbləği;

  • təhlükəsizlik qaydaları ilə yol verilən plastik kartlardakı rekvizitlər;

  • kartı saxlayanın imzası, kassirin imzası.

Kart hesablarında olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqda informasiyaları ümumiləşdirmək üçün 224 “tələblərə əsasən verilən digər bank hesabları” hesabının tərkibində aşağıdakı subhesablar açıla bilər:

224-1“Debet korporativ kartlar”

224-2“Kredit korporativ kartlar”

Xüsusi kart hesablarının açılması və tamamlanması uçotda belə qeydə alınır:

D-nt 224-1 və yaxud 224-2 hesab

K-nt 223, 221, 222 və s. hesablar




Yüklə 410 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin