Cədvəl 2.1
Korporativ debet kartları ilə hesablaşmaların uçotu
Əməliyyatların adı
|
Əks olunan kəmiyyət
|
Debet
|
Kredit
|
Əsas istehsalat üçün kənar təşkilatların xidmətləri daxil olmuşdur.
|
Slipə uyğun olaraq məbləğ
|
202
|
531
|
Əsas istehsalata göstərilən xidmətin dəyəri korporativ kartla ödənilmişdir
|
Slipə uyğun olaraq məbləğ
|
531
|
224
|
Kart ilə ödənilən mallarının daxil olması sərvətlərin müxtəlif növləri uçota alınan hesabların debetinə və 531-cı hesabın kreditinə yazılır. Korporativ debet kartları ilə hesablaşmaların uçotu sxemi aşağıdakı cədvəldə verilmişdir.
Kart hesabından çıxarış daxil olanda çıxarışın məlumatları 224-cü hesabın debeti və kreditində əks olunan məbləğlə üzləşdirir.
Təhtəlhesab məbləğlərin hərəkəti uçotu kart hesabından bank çıxarışı əsasında əks etdirilir (əgər təhtəlhesab şəxs hələ hesabat verməmişdirsə).
Bank – emitent tərəfindən təhtəlhesab şəxslərin əməliyyatları üzrə təşkilatın hesabından silinən vəsait həmin şəxs müəssisə tərəfindən təhtəlhesab qaydada verilən məbləğ hesab olunur. Kart hesabından silinə məbləğ 224 saylı “Təhtəlhesab şəxslərlə hesablaşmalar” hesabının debetinə və 224-cü hesabın müvafiq subhesabının kreditinə yazılır. Kart əsasında alınan təhtəlhesab məbləğlərinin uçotu sxemi aşağıda cədvəldə verilmişdir (cədvəl 2.2):
Dostları ilə paylaş: |