NƏTİCƏ VƏ TƏKLİFLƏR
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, hesablaşmaların uçotunda plastik kartlardan istifadə edildikdə pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında informasiyaları ümumiləşdirmək üçün 224 –cü hesabının tərkibində aşağıdakı subhesabların açılması məqsədə müvafiqdir:
224-1 “Debet korporativ kartları”;
224-2 “Kredit korporativ kartları”.
Verilmiş veksellər üzrə borcların mövcudluğu və hərəkətinin vekseli verən təşkilatda uçotunu dəqiqləşdirmək üçün aşağıdakı hesablardan istifadə etmək məsləhət görülür:
satın alınan mallara, işlərə və xidmətlərə görə hesablaşmalar zamanı – 431“Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” hesabı;
qeyri-mal əməliyyatları üzrə hesablaşmalar zamanı – 435 “Digər uzun müddətli kreditor hesablaşmalar” hesabı
Malsatanlar tərəfindən müstəqil mövqedən hesab-fakturaya daxil edilən əlavə dəyər vergisi 521 “Vergi öhdəlikləri” hesabında ayrıca uçota alınmalıdır. Əgər, ƏDV hesab-fakturada ayrıca qeyd olunmamışdırsa, ondan malalan təşkilat bu məqsədlə müstəqil sətir açmaq hüququna malik deyildir. Təəssüf ki, müəssisələrdə bir çox hallarda uçotun bu tələbinə əməl olunmur.
Əgər, malsatan və podratçılarla hesablaşmalar sərbəst konvertləşən valyuta vasitəsilə həyata keçirilirsə, onda 431 “Malsatan və podratçılara uzunmüddətli kreditor borcalrı” hesabının tərkibində “Sərbəst konvertləşən valyuta ilə malsatan və podratçılarla hesablaşmalar” adlı sərbəst subhesabın açılması tövsiyyə edilir.
Malsatanlardan sərbəst konvertləşən valyuta ilə hesab-faktura olan alıcı təşkilat onları adi qaydada aksepit edir, başqa sözlə 201, 202, 203, 204, 205, 206, 207, 208 saylı hesablar və 431-cı hesab kreditləşir. 431-cı hesab üzrə uçot xarici valyuta ilə aparıldıqda onun manatla ekvivalenti də göstərilməlidir. Əgər, xidmət ayın 17-də göstərilmişdirsə, hesab-faktura ayın 20-də yazılmışdırsa və ödənişə ayın 25-də təqdim edilmişdirsə, onda əməliyyatı ayın 17-də mövcud olan məzənnə ilə əks etdirmək lazımdır.
212 “Törəmə müəssisələrin qısamüddətli debitor borcları” adlı hesabın tərkibində aşağıdakı subhesablar açıla bilər:
“Törəmə müəssisələrlə hesablaşmalar”
“Asılı müəssisələrlə hesablaşmalar”
“Birgə fəaliyyət haqda müqavilə üzrə hesablaşmalar”.
Hər bir müəssisənin uçot siyasətində borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası, borc öhdəlikləri üzrə gəlirlərin hesablanılması və bölüşdürülməsi üsulları, habelə borc vəsaitlərinin müvəqqəti yerləşdirilməsindən alınan gəlirlərin uçotu qaydası açıqlanılmalıdır.
504 “Qısamüddətli borclar” və 404 “Uzunmüddətli borclar” adlı sintetik hesablar üzrə aşağıdakı qaydada analitik uçotun təşkili təklif olunur:
- borcların alınması forması üzrə;
- borcalanlar üzrə;
- borcların ödənilməsi müddətləri üzrə.
Uçotu sadələşdirmək məqsədilə 501 saylı hesabı “Qısamüddətli kreditlər və borclar üzrə hesablaşmalar”, 401 saylı hesab isə “Uzunmüddətli kreditlər və borclar” adlandırmaq məqsədə uyğun olardı.
Dostları ilə paylaş: |