221-1 «Müəssisə kassası»
221-2 «Əməliyyat kassası»
221-2 «Əməliyyat kassası» subhesabında mal kontorlarının, istismar sahələrinin, dayanacaq məntəqələrinin, gəmilərin, limanların, vağzalların bilet və s. kassalarındakı pul vəsaitləri uçota alınır.
Müəssisədə olan artıq nağd pul aşağıdakılara təhvil verilə bilər:
bank şöbələrinə;
bankın inkassatorlarına;
müəssisənin nəzdindəki birləşmiş kassaya və s.
Əgər müəssisədə qanunvericiliyə uyğun xarici valyuta ilə əməliyyat aparılmasına icazə verilərsə, onda 221 №-li «Kassa» hesabının tərkibində müvafiq subhesab açıla bilər.Müəssisənin kassasına pul vəsaitlərinin daxil olması 221 №-li hesabın debetinə, xaric olması isə kreditinə yazılır.
Kassa əməliyyatlarının uçotu ilə əlaqədar əməliyyatların mühasibat hesablarında əks etdirilməsi aşağıda verilmişdir:
Satılmış məhsullara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə kassaya pul vəsaiti daxil olmuşdur:
D-t 221 «Kassa»
Dostları ilə paylaş: |