D-t 535 «İcarə üzrə qısamüddətli kreditor borcları»
K-t 223 «Bank hesablaşma hesabı»
Bank əməliyyatları zamanı ən çox istifadə olunan terminlər
Nağdsız hesablaşma – kağız və metal puldan istifadə etmədən hesablaşma sənədləri vasitəsilə həyata keçirilən ödəmədir.
Hesablaşma sənədi - buraxılmış mallar və ya sərvətlər, görülmüş işlər və göstərilmiş xidmətlər üçün nağdsız qaydada pul vəsaitinin köçürülməsi barədə yazılı şəkildə və ya elektron formasında rəsmiləşdirilən tapşırıqdır.
Ödəmə tapşırığı– müəyyən məbləğdə vəsaiti ödəyiciyə xidmət göstərən bankdan benefisiarın hesabına köçürmək barədə ödəyicinin verdiyi tapşırıq deməkdir.
Çek – hesablaşma sənədidir. Onun əsasında çek verən çek saxlayanın çeki təqdim edərkən müəyyən məbləğdə pulu ödəmək barədə ödəyici banka sərəncam verir.
Akkreditiv – malın göndərildiyi və ya xidmətlərin göstərildiyini təsdiq edən sənədlər təqdim olunarkən buraxılmış mallar və ya xidmətər üçün müəyyən məbləğdə pulun benefesiara ödənilməsi barədə bankın öhdəliyidir.