Geri qaytarılmayan akkreditiv vəsait alanın razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilmir.
Akkreditivin icrası üçün vəsait alan icraçı banka akkreditivin bütün şərtlərinin yerinə yetirildiyini təsdiqləyən sənədləri təqdim edir. Bu şərtlərdən heç olmazsa biri pozulduqda akkreditiv icra edilmir. İcraçı bank həmin sənədlərin yalnız formal baxımdan qaydada olmasını yoxlamalıdır.
Əgər icraçı bank akkreditivin şərtlərinə müvafiq surətdə ödənişi icra etmiş və ya başqa əməliyyat aparmışdırsa, emitent bank ona akkreditivin icrası ilə bağlı çəkdiyi xərclərin əvəzini ödəməlidir.
Əgər icraçı bank zahiri əlamətlərinə görə akkreditivin şərtlərinə uyğun gəlməyən sənədlərin qəbulundan imtina edirsə, o imtinanın səbəblərini açıqlamalıdır. Həmin səbəblər haqqında vəsait alana və emitent banka dərhal məlumat verilməlidir.
Dostları ilə paylaş: |