D-t 533 «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
K-t 244 «Təhtəlhesab məbləğlər»
Praktikada materialların, dəftərxana ləvazimatının, bəzi avadanlıqların nağd qaydada alınması, həmçinin işlə əlaqədar texniki qurğuların quraşdırılması, yeni texnologiyaların mənimsənilməsi və s. məqsədlər üçün işçilərə avans verilməsindən geniş istifadə edilir. Bunun üçün kassadan məxaric orderi vasitəsilə işçiyə avans məbləği verilir. İşçi ona həvalə olunan işi yerinə yetirdikdən sonra təsdiqedici sənədləri mühasibata təqdim edir. Bunun da əsasında avans hesabatı tərtib olunur. Əgər işçi müşayiətedici sənədlərlə təsdiq edildiyindən artıq xərcləmişdirsə, həmin məbləğ ona ödənilməlidir.
Avans hesabatında müəssisənin adı, şöbə (sex), işçinin soyadı, adı, atasının adı, hesabatın nömrəsi, tarixi, təyinatı keçmiş avansdan qalıq, yaxud artıq xərclənən məbləğ, hazırda alınan avans və xərclənən məbləğ, müşayiətedici sənədlərin tarixi, adı, konkert sənəd üzrə ödənilən məbləğ, müxabirləşən hesabların nömrəsi, təhtəlhesab şəxsin, mühasibin, baş mühasibin və digər məsul şəxslərin imzaları əks olunur.
Dostları ilə paylaş: |