Muzeyşünasliq ictimai elm kimi
Muzeyşünasliq—muzeylərin yaranmasi, muzey fəaliyyətinin elmi-tədqiqi, ictimai mərhələləri, nəzəri əsaslari, metodu, metodoloji əsaslari, qanunauyğunluqlari, qanunlari və prinsiplərindən bəhs edən elmdir.
Bütün elmlərdə olduğu kimi, muzeyşünasliğin da tədqiqat obyekti və predmeti mövcuddur. Tədqiqat obyekti vasitəsilə mövcud imkan, şərait tədqiqatin istiqamətləri öz məqsədyönlü fəaliyyətini nizamlayir.
Tədqiqatin həm təşəkkülü, başlanğici, tərkib də daxil olmaqla tədqiqatin sonu obyekt vasitəsilə həyata keçirilir. Tədqiqatin məqsədi, vəzifələri, metod və metodologiyasi, nəzəri və təcrübi mahiyyəti, əhəmiyyətli və s. müvafiq obyekt çərçivəsində baş verən tədqiqati hadisələrin gücü ilə ölçülür.
Tədqiqat predmeti---elmin əsas nəzəri vəzifələrindən sayilmaqla, problemin inkişaf dərəcəsini təyin edir. Muzeyşünasliğin predmetinin nəzəri əsaslarini muzey mühiti daxilində muzey əşyalari, materiallari, eksponatlar vasitəsilə ekspozisiyadaki təsir gücü ilə, digər kütləvi tədbirlərin məqsədyönlü nəticəsi vasitəsilə aydinlaşdirmaq mümkündür ki, bu prosesdə qarşiliqli əlaqə və qanunauyğunluqlar mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, muzeyşünasliq predmeti obyektiv qanunauyğunluqlar əhatəsində tarii dövrlərdən bu günə kimi baş vermiş hadisələrin təcəssümünü əks etdirən əşya, materiallar, bədii sənətkarliq nümunələri və bunlarin əsasinda yaranmiş məlumatlar, bilik və yaradici bacariqlar, qabiliyyətlərin muzey fəaliyyətilə nəsillərə ötürülməsinin sistemləşdirilməsidir.
Muzeyşünasliğin məqsədi---fəaliyyət vasitəsilə məzmunun mahiyyətini, səciyyəvi xüsusiyyətlərini, əsas istiqamətlərini, qanunauyğunluqlarini, prinsiplərini, forma, metod, vasitə və yollarini araşdirmaq, həmçinin formalaşmada təsirini müəyyənləşdirməkdir.
Muzeyçilik təcrübəsində diqqətçəkən məqamlardan biri də ekspozisiyaların estetik xüsusiyyətləri, onların muzey mühiti ilə düzgün əlaqələndirilməsi, ekspozisiya-interyer münasibətlərinin öyrənilməsi problemidir. Azərbaycan muzeyşünaslığı son illərdə bir sıra fundamental tədqiqatlarla zənginləşsə də, etiraf etmək lazımdır ki, muzeylərdə məkan estetikası məsələlərinə yetərincə fikir verilməyib. Tədqiqatçılarımız daha çox muzey tarixinə, qismən eksponatların təhlilinə üstünlük verirlər.
Muzey— tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisə.
Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir.
Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır.
YUNESKO-nun təşəbbüsü ilə 1978-ci ildən 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.
Muzey fəaliyyətinin müxtəlif cəhətləri və istiqamətləri mövcuddur. Bu fəaliyyətin çağdaş dövrdəki ahəngdarlığı bir sıra mühüm amillərdən, o cümlədən ictimai, iqtisadi, ideoloji və mədəni proseslərdən birbaşa aslıdır. Digər tərəfdən, muzey işi dövrün mədəni prosesləri kontekstində daim dəyişir, təkmilləşir .Yaşadığımız dövrün özünəməxsus perspektivi, tendensiyaları, təbii olaraq mədəni proseslərin intensivliyinə, proqressiv meyllərin güclənməsinə müsbət təsir göstərir. Belə ki, ölkəmizin iqtisadi qüdrətinin artması, getdikcə Avropa mədəni həyatına inteqrasiya prosesi muzeylərin fəaliyyətinə də səmərəli təsirini göstərməkdədir.
Müstəqil dövlət quruculuğunun çağdaş dövründə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində, o cümlədən muzey fəaliyyəti ilə bağlı tələblər və məqsədlər dəyişmişdir. Belə ki, istər siyasi, istər iqtisadi sistemlərin tamamilə yeniləşməsi, təbii olaraq, sözügedən muzey fəaliyyətinin yeni, daha işlək mexanizmlərinin yaradılmasını aktuallaşdırır. Əslində Avropada və bir sıra Şərq ölkələrində muzey fəaliyyətinin çeşidi və istiqamətləri, onun ideya-estetik məzmunu çoxdan müəyyənləşmiş, burada zəngin təcrübə əldə edilmişdir.
Yaşadığımız dövrdə muzey idarəetməsi müasir texnologiyaların tətbiqi, muzeyin cəmiyyət həyatında mövqeyinin bərqərar olması, onun fəaliyyətinin istiqamətləri tənzim olunmaqla səmərə verə bilir. Bu zaman idarəetmənin özündə də təkmilləşmə prosesi labüdləşir və onun prinsipləri müəyyənləşir. Çünki yeni mədəni siyasət xətti, ictimai reallıqlar, elmi-estetik proseslər, təbii olaraq bu işin məzmununu formalaşdırır.
BAKİ 2013
Dostları ilə paylaş: |