«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   6   7   8   9   10   11   12   13   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.

11 
 
Ehtiyatların satın alınması ilə bilavasitə əlaqəsi olmayan ümumtəsərrüfat və 
bu qəbildən olan digər xərclər, onların satın alınmasının faktik dəyərinə daxil 
edilmir. Müəssisənin nizamnamə kapitalına haqqa qaydasında qoyulan ehtiyatların 
faktik dəyəri təsisçilərlə razılaşdırılır. 
Muxtəlif növ material-istehsalat ehtiyatları müəssiənin öz qüvvəsi ilə 
hazırlandıqda, onların faktik dəyəri çəkilən xərclərin məbləğindən asılı olaraq 
müəyyənləşdirilir. 
Material-istehsalat ehtiyatları əvəzsiz qaydada əldə olunduqda faktik maya 
dəyərini müəyyən etmək üçün onların bazar dəyəri əsas götürülür. 
Digər əmlakla (pul vəsaitindən başqa) mübadilə qaydasında material-
istehsalat ehtiyatları əldə olunduqda, onların faktik maya dəyəri mübadilə olunan 
əmlakın balans dəyərindən asılı olaraq təyin edilir.
1.2. Materialların qiymətləndirilməsinin mövcud və mütərəqqi
üsullarının xarakterik xüsusiyyətləri 
Material-istehsalat ehtiyatlarının həqiqi maya dəyəri uçotda əks etdirildikdən 
sonra dəyişikliyə məruz qala bilməz. Əgər il ərzində ehtyatların müəyyən 
növlərinin qiyməti kəskin surətdə aşağı düşərsə, və yaxud, qismən ilkin 
keyfiyyətlərini itirərsə, habelə mənəvi cəhətdən köhnələrsə onları yenidən 
qiymətləndirmək olar (quraşdırılası avadanlıqların və azqiymətli tezköhnələn 
əşyalardan başqa). Bu zaman qiymət fərqi vergiyə cəlb olunası mənfəətin məbləği 
dəyişikliyə uğramadan müəssisənin maliyyə nəticələrinə aid edilir. Belə hallarda 
material-istehsalatlarının qiymətdən düşməsi üzrə ehtiyat yaradılmır. 
Həmin müəssisəyə mənsub olmayan, lakin müqavilə əsasında onun 
sərəncamında saxlanılan ehtiyatlar müqavilə qiyməti ilə balansarxası hesabda 
göstərilir. Material-istehsalat xarici valyuta ilə satın alındıqda, onlarındəyəri 
Respublika Milli Bankının məzənnəsi ilə ekvivalent qaydada manata çevrilməlidir. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin