G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
18 Bir sətirli mədaxil orderlərini ehtiyatların hər bir nomenklatur nömrəsinə
ayrıca yazırlar. Buna görə də, malsatanın bir hesabnaməsinə bir neçə mədaxil
orderi yazıla bilər. Matrial ehtiyatları böyük nomenklatura ilə daxil olduğu zaman
belə bir iş olduqca çox xəhmət tələb edir və ilk sənədlərn sayının artmasına gətirib
çıxarır. Buna görə, xüsusən də, EHM-dən istifadə olunduqda çoxsətirli mədaxil
orderlərindən istifadə olunması məqsədəuyğundur.
M-7 №-li «Materialların qəbulu haqqında akt» malsatanarın müşayətedici
sənədlərinn məlumatları ilə material-istehsalat ehtiyatlarının qəbulu arasında
miqdarca və keyfiyyətcə fərq olduqdarəsmiyyətə salınır. Material ehtiyatları
sənədsiz daxil olduğu hallarda da M-7 №-li aktdan istifadə edilir. Akt adətən iki
nüsxədə tərtib olunurö onun tərtib edilməsində maddi-məsul şəxsin, malgöndərənin
nümayəndəsinin və digər maraqlı təşkilvtların nümayəndəsinin iştirakı vacibdir. Bu
sənəd müəssisənin rəhbəri və yaxud digər səlahiyyətli şəxs tərəfindən təsdiq edilir.
Aktın bir nüsxəsi ilk sənədləri (əmtəə-nəqliyyat qaiməsi və s.) əlavə etməklə
müəssisənin mühasibatlığına, digəri isə malgöndərən təşkilata verilir.
M-8 №-li «Limit-zabor kartı» təsdiq edilmiş limit hüdudunda materialların,
satın alınan yarımfabrikatların və s. anbardan müəssisənin istehsalat bölmələrinin
buraxılmasının uçotu üçün nəzərdə tutulmuşdur. Buraxılış limiti sexlərin istehsalat
tapşırıqlarının həcmindən asılı olaraq müvafiq normativlər əsasında heablama yolu
lə müəyyənləşdirilir.
Limit-zabor kartları bir ay müddətinə, silinmələrin həcmi kiçik olduqda isə
kvartala iki nüsxədən ibarət olmaqla doldurulur. Onun bir nüsxəsi ay başlananadək
sexə, ikincisi isə anbara verilir. Anbardar kartın hər iki nüsxəsində buraxılan
ehtiyatların miqdarını və tarixini qeyd edir və limitin hər bir nomenklatur nbmrəsi
üzrə qalıq çıxarır. Sexin limit-zabor kartına anbardar, anbarınkına isə material olan
sexin nümayəndəsi imza edir. verlmiş bütün limit-zabor kartları təchizat
(marketinq) şöbəsində xüsusi reyestrdə qeydiyyata alınır. Onun sürəti nəzarət
etmək üçünmühasibata göndərilir. Kömpüterlərdən istifadə olunduqda limit eyni
zamanda limit-zabor kartından çıxarışla eyni zamanda hesablanılır.