G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
19 Material-istehsalat ehtiyatlarının hər birbüraxılışından sonra anbardan
tərəfindən limitin qalığı çıxarılır və kartlar, ehtiyatların hərəkətini uçota almaq
üçun mühasibata təhvil verilir. Onlar material dəyərlərinin istifadəsinə qabaqcadan
nəzarəti həyata keçirmək üçün vasitə sayılır.
Limit-zabor kartlarından istifadə olunması uçotun əmək tutumunu azaldır və
birdəfəlik tələbnamələrin yazılması zərurətin aradan qaldırır. Sexlər tərəfindən
istehakl olunan ehtiyatların nomenklaturu məhdud olduqda kvartallıq limit-zabor
kartlarının tətbiqi daha səmərəlidir.
Beləliklə, material-istehsalat ehtiyatlarının buraxılışının limitləşdirilməsi
müəssisələrn idarə olunması sistemində mühüm amildir. Eyni zamanda, qeyd
etmək lazımdır ki, sexlər tərəfindən istehsalat tapşırıqları yernə yetirilmədikdə,
limit-zabor kartlarının nəzarət əhəmiyyəti xeyli aşağı düşür. Belə hallarda sex
ümumi limiti gözləməklə, məhsul vahidinə düşən müvafiq ehtiyatlar üzrə artıq
xərcə yol verə bilər. Belə ki, materialların limitlə müəyyənləşdirilən miqdarı az
həcmdə istehsal olunan məhsula sərf olunur.
Material-istehsalat ehtiyatlarının mərkəzləşmiş qaydada anbardan işçi
yerlərinə və yaxud sexlərin anbarlarına buraxılmasının sənədlərlə rəsmiyyətə
salınması sistemi olduqca səmərəlidir. Bu zaman istehsalat üçün zəruri olan
miqdarda ehtiyatlar norma əsasında limitləşdirilir və buraxılış limiti bilavasitə işçi
bölmələrinə çatdırılır. Belə hallarda material-istehsalat ehtiyatlarının anbardan
buraxılışı üçün əsas operativ sənəd plan-kart hesab olunur. Bu sənədə əsasən anbar,
sexin tələbnaməsini gözləmədən aylıq limit hüdudunda buraxılış limiti yazıpr və
zəruri ehtiyatları sexlərə çatdırır. Plan-kartların limit-zabor kartlarından başlıca
üstünlüyü ondadır ki, bu sənəd istehsalat bölmələrini müəyyən müddətlərdə
materiallarla planauyğun surətdə təmin edir.
Komplekt detalların yığma və emal sexlərinə buraxılışı xüsusi anbarlarda
həyata keçirilir və komplektləşdirmə vedomostu ilə rəsmiləşdirilir. Belə
vedomostlardan istifadə olunması yazılası sənədlərin miqdarının ixtirsarına, habelə