G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
20 material-istehsalat ehtiyatlarından istfadəyə nəzarəti həyata keçirməyə imkan
yaradır.
Limit-zabor kartları hazırda istehsalatda istifadə olunmayaq (qaytarılası)
ehtiyatların uçotu üçün də istifadə olunur.
Limitdən istifadə olunduqdan sonra anbar kartları mühasibata təqdim edir.
ayın axırında rəsmiyyətə salınan bütün kartlar material hesabatına əlavə olunur və
limitdən faktik istifdədədən asılı olmayaraq mühasibata verilir. 11№-li
«Tələbnamə-qaimə»
material-istehsalat
ehtiyatlarının
müəssisənin
özündə
hərəkətinin uçotu üçün tətbiq olunur. Sənəd, maddi-məsul şəxs tərəifndən
ikinüsxədə doldurulur. Birinci nüsxə dəyərlərin silinməsi üçün, ikinci isə onların
qəbulu üçün nəzərdə tutulur.
Ehtiyatların anbardan limitdən yuxarı buraxılışı qaydaya görə ya istehsalat
tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsi, ya da digər səbəbdən ola bilər.
Odur ki, limitdən artıq material buraxılışı yalnız müəssisə rəhbərinin, yaxud baş
mühasibin icazəsi ilə tələbnamə-qaimə (M 11 №-li forma) vasitəsilə rəsmiyyətə
salınır.
Fiziki-kimyəvi xüsusiyyətləri oxşar olan ehtiyatların bir növünün digərilə
əvəz olunması halları da müəssisə rəhbərinin icazəsi ilə baş verə bilər. Bu
məqsədlə də tələbnamə-qaimə tərtib edilir. Həmin sənəd limit-zabor kartı ilə
birlikdə anbara verilir və anbardar onun əsasında limitin qalığını azaldır.
M-15 №-li «Materialların kənara buraxılması qaiməsi» müqavilələr, naryadlar
ıə s. əsasında iki nüsxə tərtib olunur. Birinci nüsxə ehtiyatların buraxılışına əsas
kimi anbara, ikincisi olan şəxsə verilir.
M-17 №-li «Materialların uçotu kartoçkasından» ehtiyatların hər bir
nomenklatur nömrəsi, növü, sortu və ölçüsü üzrə hərəkətinin anbarda uçotu üçün
istifadə olunur. Kartoçkalar ciddi hesabat sənədidir və anbardara imza əsasında
verilir. Maddi-məxaric sənədləri əsasında kartoçkalarda əməliyyat baş verən gün
natural ölçüdə həyata keçirilir.