G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
21 Ehtiyatların daxili yerdəyişməsi (baza anbarı və sex anbarları arasında)
zamanı qeydləri bilavasitə material-istehsalat ehtiyatlarının uçotu kartoçkasında
həyata keçirmək olar. Bu zaman materialı qəbul edən sexin nümayəndəsi anbarın
uçotu kartoçkasında imza edir. Beləliklə, həmin kartoçka eyni zamanda
bəraətləndirici sənəd kimi qəbul edilir.
M-35 №-li «Bina və qurğuların sökülməsi və uçurulması zamanı əldə olunan
material dəyərlərinin mədaxil olunması haqqında akt» əsas vəsaitlərin ləğvi
proesində alınan material dəyərlərinin uçotu üçün nəzərdə tutulur. Belə
materialların dəyəri məbləğində müəyyən obyektlərin ləğvindən zərərlər azaldılır.
Sadaladığımız ilk sənədlərin unfikasiyası formalarından iqtisadiyyatın bütün
sahələrində mülkiyyətin bütün formalarında hüquqi şəxslər tərəifndən istifadə
olunur. Reyestrlər formasından aralıq registrlər, qeydiyyat jurnalları və i.a.
müəssisənin özü tərəfindən müəyyənləşdirilir.
Müasir mini və mikro proqramlardan, xüsusi mühasibat proqramlarından
istifadə edilməsi materialların hərəkəti haqda informasiyaları işləməyə əlverişli
şərait yaradır.
Bu zamvan qeydiyyat proseduru, məlumatların ötürülməsi, qəbulu, çıxış
informasiyalarının formalaşması bir işçi yerində baş verir. Nəticədə bütün
proseslərlə əlaqədar mühasibin məsuliyyəti son dərəcə yüksəlir. Material-istehsalat
ehtiyatlarının uçotu üçün iki çəviyyəli lokal hesablama sistemlərndən istifadə
xarakterikdir. Birinci səviyyəni anbarda və ehtiyatların hərəkəti haqda ilk
informasiyaların baş verdiyi yerlərdə qurulan mühasibin avtomat işçi yeri təşkil
edir. bu səviyyədə material dəyərlərinin uçotu ilk sənədlərin və ilk informasiyaların
qeydiyyatının proqramın yaddaşına köçürülməsi yolu ilə baş verir. İlk sənədlər
(hesab-fakturalar, əmtəə-nəqliyyat qaimələri və s.) təchizat şöbəsinə daxil olur.
Mühasibin avtomat işçi yerində materialların faktik göndərilməsi haqqında
informasiyalar müvafiq massivə köçürülür və onun əsasında malgöndərmə
müqaviləsinin yerinə yetirilməsi haqda perativ informasiyalar formalaşdırılır.