«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə20/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   16   17   18   19   20   21   22   23   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.

23 
 
Hesablaşma sənədləri qeydiyyata almaq, aksept eləmək və s. üçün təchizat 
şöbəsinə, daha sonra isə mühasibatlığa ötürülür. 
Anbara daxil olan material dəyərlərinin növ-miqdar uçotu maddi-məsul şəxs 
tərəfindən operativ-mühasibat (saldo) metodu üzrə anbarın uçotu kartoçkasından 
(M-17 №-li forma) aparılır. Ehtiyatların hər bir nomenklatur – uçot mövqeyinə 
ayrıca uçot kartoçkası nəzərdə tutulur. Verilmiş kartoçkalar materialların 
nomenklatur ardıcıllığı ilə anbarın kartotekasında yerləşdirilir. 
Hər gün materialların hərəkəti haqda ilk uçot sənədləri (mədaxil orderləri, 
qaimə – tələbnamələr, limit-zabor kartları və i.a.) əsasında əldə olunan ilkn 
informasiyalar nbv uçotu kartoçkasında əks etdirilir. Eyni zamanda, kartoçkada 
müvafiq ehtiyatların hər bir nomenklatur nömrəsi, növü, ölçüsü üzrə qalıq çıxarılır. 
Məlumatlar əsasında anbardar müəssisənin rəhbəri və marketinq xidmətini 
müxtəlif nomenklatur mövqeləri üzrə ehtiyatların vəziyyət və hərəkətsiz qalan 
ehtiyatların qalıqları haqda informasiya ilə təmin edir.
Münəzəm surətdə (ən azı 10 gündən bir) materalların uçotu ilə məşğul olan 
mühasib anbarın uçotu kartoçkasındakı qeydlərin dürüstlüyünü yoxlayır. Material 
dəyərlərni, xüsusən də bahalı və defisit materialların faktik vəziyyətini natura ilə 
yoxlamaq hüququ həmin mühasiblərə verilmişdir. Kartoçkada çıxarılan 
materialların qalığı yoxlayanın imzası ilə təsdiqlənir. 
Daha sonra anbardar mədaxil və məxaric sənədlərinin təhvil verilməsi haqda 
reyestr tərtib edir və onu zəruri müşayətedici sənədləri əlavə etməklə 
(malgöndərənlərin hesabnaməsi, nəqliyyat qaimələri və s.) mühasibata ötürür. 
Sənədlər ehtiyatların qrupları və nomenklatur nömrələri üzrə kip halında seçilir. 
Limit-zabor kartları istifadə olunduqca təhvil verilir. Ayın axırında onların hamısı 
mühasibata verilməlidir. 
Ay başa çatdıqdan sonra anbardar anbarın uçotu kartoçkalarındakı miqdar 
qalığı qalıq kitabına (vedomosta) köçürülür. Qalıq kitabına qeydlər ehtiyatlarının 
balans hesabları, ehtiyatların qrupları və onların müxtəlif növləri üzrə aparılır. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin