27 qısamüddətli kreditor borcları “. . . . . . . . . . . . . . . . 500 000 man.
2. Eyni zamanda güzəşt hesablanmışdır:
Dt 205 “Mallar” hesabı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 15 000 man.
Kt 211 “Malsatanların və podratçıların
qısamüddətli kreditor borcları “. . . . . . . . . . . . . . . . 15 000 man.
Ödənişin vaxtının uzadılması şərtilə ehtiyatlar satın alındıqda satış dəyəri ilə
faktiki ödənilən məbləğ arasındakı fərq maliyyələşmə elementi kimi nəzərdə
tutulur və ehtiyatların dəyərinə daxil edilmir. Belə maliyyələşmə onun ödəniləcəyi
bütün müddət ərzində faizlər üzrə xərc qismində tanınır.
Məsələ 3. Müəssisə, ödənişin vaxtının uzadılması şərtilə mal satın almışdır.
İlkin ödəniş 800 000 manat təşkil edir. İl ərzində müəssisə malı aldığı andan 200
000 manat əlavə olaraq ödəməlidir. Əgər, müəssisə malın bütün məbləğini birbaşa
ödəsə idi, həmin mal ona 900 000 manata başa gələrdi. Əməliyyatlar uçotda belə
əks etdirilir:
Dt 205 “Mallar” hesabı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 800 000 man. Kt 211 “Malsatanların və podratçıların qısamüddətli kreditor borcları “. . . . . . . . . . . . . . . . 800 000 man. Eyni zamanda məhsulun emal olunması və onların satış üçün yararlı hala
gətirilməsi habelə hazır məhsulun istehsalı ilə əlaqədar sonrakı xərclər daimi və dəyişən üstəlik xərclərə bölünür.
Daimi üstəlik xərclərə istehsalın həcminə nisbətən nisbi mənada dəyişilməz
qalan xərclər aiddir. Belə xərclər dedikdə, amortizasiya, əmək haqqı, idarə
ödənişləri, avadanlıqların hazırlanması və onlara texniki xidmət göstərilməsi ilə
bağlı xərclər və digər analoji xərclər başa düşülür.
Dəyişən üstəlik xərclərin kəmiyyəti istehsalın həcminin dəyişilməsindən
asılıdır. Bunlara istehsal prosesinin normal gedişi üçün zəruri sayılan dolayı