«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə51/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   47   48   49   50   51   52   53   54   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.

60 
 
Materialların tədarükü və əldə edilməsi hesabının «Malların satın alınması» 
subhesabı debet və kredit dövriyyələri arasındakı fərq 603 «Verilmiş güzəştlər» 
hesabına aid edilir. 
603 “Verilmiş güzəştlər” hesabında mallara düşən ticarət əlavələri əks 
etdirilir. Onlara müəssisənin müvafiq hesablarında satış dəyərilə əks etdirilir və 
bura aksizlər və əlavə dəyər vergisi əlavə olunur. 
Satılmış və anbarlardan buraxılmış mallara aid edən ticarət əlavəsi məbləğinin 
hissəsi yazılan hesab-faktura əsasında müəyyənləşdirilir və anoloji qaydada silinir. 
Satılmamış mallara aid olunan ticarət güzəştinin məbləği inventarlma siyahısı 
əsasında dəqiqləşdirilir. Pərakəndə ticarət müəssisələrində satılmamış malların 
qalığına düşən güzəşt məbləği aşağıdakı qaydada hesablanılan orta faiz göstəricisi 
ilə müəyənləşdirilir: 
 malların ayın əvvəlinə olan qalığına düşən güzəştin üzərinə 601 “Verilmiş 
güzəştlər” hesabının kredit dövriyyəsinin məbləği gəlinir və həmin hesabın 
debet dövriyyəsinin məbləği çıxılır; 
 ay ərzində satılan malların (satış qiyməti ilə) dəyərinin üzərinə ayın axırına 
mal qalığının məbləği (həmçinin satış qiyməti ilə) gəlinir; 
 güzəştin tapılan məbləği 100-ə vurulur, alınan nəticə satışın dəyərinin və mal 
qalığının məbləğinə bölünür. Bu hesablama vasitəsilə həmin malların satış 
dəyərinə düşən orta faiz məbləği tapılır; 
 satılmamış mallara düşən mütləq məbləğ ayın axırına mal qalığının məbləğinə 
vurulur. 
Misal. Satılmış mallara düşən ticarət güzəştinin hesablanılması qaydası: 
Hesabat dövrünün əvvəlinə mal qalığına 
düşən ticarət güzəştinin məbləği
4800 min manat 
Hesabat dövrü ərzində ticarət güzəşti
məbləği daxil olmuşdur
106400 min manat 
Hesabat dövrü ərzində satış qiymətilə mallar satılmışdır 308000 min manat 
Hesabat dövrünün sonuna satış qiymətilə malların qalığı
90500 min manat 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin