G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
61 Ticarət güzəştinin orta faizi
100*(4800+106400):(308900+90500), %
27,9
Hesabat dövrünün sonuna mal qalığına düşən
güzəştin məbləği (27,9*90500:100)
25500 min manat
Hesabat dövrü ərzində satılmış mallara
düşən güzəştin məbləği
89950 min manat
711 «Kommersiya xərcləri» hesabında bütün növlərdən olan ticarət, təchizat,
satış, ticarət-alış və digər təşkilatların tədavül xərcləri, o cümlədən malsatanların
əlavə güzəştləri hesabına ödənilən malların yola salınması üzrə nəqliyyat xərcləri
açota alınır. Tədavül xərclərinə daxildir: malların daşınması üzrə nəqliyyat
xərcləri, əmək haqqı və sosial sığortaya ayırmalar, binaların, tikililərin və
inventarların saxlanılması və icarəsi xərcləri, əsas vəsaitlər üzrə amortizasiya
ayırmaları, kiçik inventarların və ticarət ləvazimatlarının dəyəri, malların
saxlanılması və seçilməsi üzrə xərclər, taralar üzrə xərclər və itkilər, reklam və
bazar tədqiqatı xərcləri, malların yolda itkisi və təbii norma hüdudunda itkilər. 711
«Kommersiya xərcləri» hesabının debetində mal əməliyyatları üzrə kreditlərə görə
faizlər əks etdirilir.
Müxtəlif hesabat dövrlərində malların daşınması üzrə xərclərin ölçüsündə
müəyyən tərəddüdlərə yol verdikdə, malların daşınması üzrə xərcləri əks etdirən
hesabda saldo qala bilər.
Malların daşınması üzrə tədavül xərclərinin məbləği, ayın axırına mal qalığına
düşən kreditlərə görə faizlər pərakəndə ticarət və ictimai iaşə müəssisələrində
hesabat ayı ərzində tədavül xərclərinin orta faizi üzrə hesablanılır. Bu zaman ayın
əvvəlinə keçici qalıq aşağıdakı kimi müəyyənləşdirilir:
hesabat ayının əvvəlinə mal qalığına düşən tədavül xərcləri, hesabat ayında
ödənilən nəqliyyat xərcləri və faizlər cəmlənir;
hesabat ayında satılan malların dəyəri və ayın axırına malların dəyəri
məbləğləri toplanılır;