G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
7 məhsuldarlığının artımı istehsal məsrəflərində keçmiş əməyin xüsusi çəkisinin
daima artırılmasına gətirib çıxarır.
Respublikanın iqtisadiyyatının son illərdə müstəqil inkişafı təsərrüfat
dövriyyəsinə getdikcə daha çox material – texniki ehtiyatların cəlb edilməsi ilə
nəticələnməlidir.
Heç də sirr deyildir ki, Azərbaycanın xammal və material resursları çox
məhdud miqdardadır. Onların bir çox növlərinin təkrar istehsalı əslində qeyri-
mümkündür. Odur ki, məhsulların material tutumunun aşağı salınması təbii
ehtiyatlara birbaş qənaət kimi başa düşülməlidir. Hasilat sənayesində emaledici
sənayeyə nisbətən istehsal olunan məhsul vahidinə daha çox canlı əmək və kapital
qoyuluşu vəsaiti sərf edilir. Ona görə də, emaledici sənaye sahələrində istehsalın
təkmilləşdirilməsi hesabına material resurslarına qənaət olunması daha sərfəlidir.
Əşyalaşmış əməyə qənaət olunması xammal və emaledici sahələrə yönəldilən
kapital qoyuluşlarının ixtisar olunmasına şərait yaradır.
Məhsul istehsalının həcminin artımı material resurslarından və həmçinin
məsariflərin mütləq kütləsi ilə müşayət olunur. Buna görə də, material tutumunu
aşağı satmaq hesabına əldə olunan qənaətin həcmini artırmaq lazımdır.
Son illərdə, istehsalı mənimsənilən məhsulların hazırlanmasına daha çox
material sərf etmək tələb olunur. Sənayenin nisbətən yeni sahələrinin, məsələn
eleutronikanın, kiyanın, elektrotexnikanın, radiotexnikanın və s. inkişafı
məhsulların material tutumunda dəyişikliklərə müşayət olunur.
Heç də sirr deyildir ki, məhsulların material tutumunun aşağı salınmasında
materialların emal olunmasının texnikası və texnologiyasının təkmilləşdirilməsi,
müasir texnologiyanın yaradılması mühüm istiqamətlər sayılır.
Məhsulların material tutumunun səviyyəsi bəzən ilkin xammalın və
materialların keyfiyyəti ilə müəyyən olunur. Onların çeşidlərinin genişləndirilməsi,
möhkəmliyi,
materialalrın
keyfiyyətinin
yaxşılaşdırılması,
texniki-iqtisadi
parametrlərinin təkmilləşdirilməsi məhsul vahidinə çəkilən xərclərin xüsusi
çəkisini xeyli azalda bilər.