G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
73 fəaliyyətinin gedişi ilə əlaqədar tərtib olunmuş sənədləri mühasibata qrafikdə
nəzərdə tutulan müddətdə təhvil vermirlər. Nəticədə xammal və materialların
normadan artıq sərf olunmasının qarşısını operativ surətdə almaq mümkün olmur.
3. Material resurslarının müəssisəyə daxil olması, istifadəsi, qalıqları, məsrəf
normaları haqqında məlumatlar bu sahədə nəzarət işini düzgün təşkil etməyə
ikan verir. Çox təəssüf ki, bir çox sənaye müəssisələrində, o cümlədən tədqiqat
işi aparılan müəssisədə yuxarıdakı məlumatları operativ şəkildə əldə etmək
demək olar ki mümkün deyil. Buna uçotun avtomatlaşdırılması yolu ilə nail
olmaq olar. Bunun üçün müəssisədə mühasiblərin və digər müvafiq xidmət
işçilərinin avtomatlaşdırılmış iş yerlərinin, vahid kompüter informasiya
sisteminin məlumat bankı yaratmaq lazımdır. Material resursları ilə əlaqədar
uçotun informasiyasını məlumat bankına daxil etmək və onları istənilən vaxt
displey vasitəsilə müşahidə etmək olar;
4. Material resurslarından səmərəli istifadə olunmasının ən başlıca yollarından biri
də geri qaytarılan tullantılardan istifadə olunmasının təşkilidir. Ancaq təcrübədə
çox vaxt bu cür tullantılar uçotdan kənarda qalır. Tullantıların uçota alınmasının
mükəmməl metodikası indiyə qədər işlənib hazırlanmamışdır;
5. Materialların uçotunun düzgün aparılması anbar təsərrüfatının vəziyyəti və
orada ilkin sənədlərin tələb olunan qaydada aparılmasından bilavasitə asılıdır.
Bu barədə çoxlu təlimat və göstəricilərin olmasına baxmayaraq, anbar
təsərrüfatı və uçotu təminedici səviyyədə aparılmır. Qiymətlərin qeyri-sabit
olduğu indiki şəraitdə yaxşı olardı ki, anbarlardakı mal-material qiymətliləri
vaxtaşırı inflyasiyanı nəzərə alaraq yenidən qiymətləndirilsin;
6. Müəssisədə məhsul buraxılışı sisteminin təşkilinin tələbata cavab verməsi
böyük əhəmiyyət kəsb edir. Belə ki, müəssisədən istehsalat ehtiyatlarının
çıxarılması yalnız təchizat sexinin rəisinin, baş mühasibin və yaxud onun
müavininin imzaladıqları buraxılış vərəqələrinə əsasən həyata keçirilməlidir.
Odur ki, mühafizə işçilərndə həmin vəzifəli şəxslərin imzalarının
nümunələrinin olması vacib məsələlərdəndir;