«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   4   5   6   7   8   9   10   11   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.


 
d) azqiymətli və tezköhnələn əşyalar kimi; 
e) emal prosesi başa əatmış hazır məhsular kimi; 
f) digər hüquqi və fizikişəxslərdən mallar şəklində əldə olunan və əlavə emala 
verilmədən satış üçün nəzərdə tutulan və s. 
Müəssisənin dövriyyə aktivlərinə aiddir: material-istehsalat ehtiyatları 
(xammal, material, yanacaq, azqiymətli və tezköhqələn əşyalvr, hazır məhsullar, 
mallar və başqaları); pul vəsaitləri (bankda, kassada); debitor borcları və i.a. 
Bu mövzuya uyğun olaraq əmək əşyaları özlüyündə xammal və əsas 
materiallar, yanacaq, ehtiyat hissələri, taralar, azqiymətli əşyalar və s. qruplara 
bölünür. Xammal və əsas materiallar məhsulların maddi (əşüa) əsasını təşkil edir. 
bu zaman xammal dedikdə, kənd təsərrüfatı məhsulları (dən, pambıq və s.) və 
sənayenin emal məhsulları (filiz, kömür və i.a.), materiallar dedikdə, isə metal, 
parça, şəkər və i.a. başa düşülür. 
Köməkçi materiallardan xammal və əsas materialların təsir göstərmək və 
məhsullara müəyyən istehlak xüsusiyyətləri (məs., avtomobillər üçün lak və 
boyalar, kobasa istehsalı üçün istiot və s.) vermək üçün istifadə olunur. 
Materialların əsas və köməkçi materialara bölüşdürülməsi şərti xarakter daşıyır və 
istehsalın texnoloji xüsusiyətlərindən irəli gəlir. Məs., kraxmal toxuculuq 
sənayesində köməkçi, yeyinti sənayesində isə əsas materiallar qrupunda qeydə 
alınır. 
Satın alınan yarımfabrikatlar dedikdə, emalın müəyyən mərhələsini keçən, 
lakin hazır məhsul sayılmayan materiallar başa düşülməlidir. Məhsul istehsal 
prosesində onlar əsas materiallar rolunu oynayır. 
Qaytarılası tullantılar dedikdə, xammal və materialların emalı prosesində 
qalan, lakin özünün istehlak xüsusiyyətlərini qismən saxlayan hissələr (məs., metal 
qırıntıları, kəsik bortular, optika və s.) başa düşülür. 
Yanacaq, tara və tara materalları, ehtiyat hissələri köməkçi materiallara aid 
edilir və müəyyən zərurət özündən ayrıca qruplar şəklində qeydə alınır. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin