G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
10 Yanacaq texnoloji (texnoloji məqsədlər üçün, mühərrik (yanacaq) və
təsərrüfat (yandırmaq) qruplarına bölünür.
Tara – materialların və məhsulların qablaşdırılması, yüklənməsi və mühafizəsi
üçün nəzərdə tutulmuşdur (məs., kisələr, qutular və s.).
Ehtiyat hissələri maşın və avadanlıqların köhnəlmiş hissə və detallarını təmir
etmək və dyişdirmək üçün nəzərdə tutulmuşdur.
Azqiymətli əşyalar – materialların ayrıca qrupunu əmələ gətirir. Bu qruppa
qüvvədə olan xidmət limiti həddində maşınlar, avadanlıqlar, alətlər, habelə xüsusi
alətlər və ləvazimatlar, xüsusi geyimlər və ayaqqabı, müvəqqəti tikililər və s.
daxildir. Satılmaq və yenidən satılmaq üçün nəzərdə tutulan hazır məhsulların və
malların ehtyatları müstəqil qrupda qeydə alınır.
Eyni zamanda, material-istehsalat ehtiyatlarının tərkibində aşağıdakılar uçota
alınmır: məhsul istehsalı üçün istifadə olunan bitməmiş istehsalat və əmlak.
Material-istehsalat ehtiyatlarının qiymətləndirilməsi onların mühasibat
uçotunun normativ tənzimlənməsi sistemində aparıcı yer tutur. Belə ehtiyatlar əldə
olunma üsüllarından asılı olaraq uçotda faktik maya dəyərilə qeydə alınır.
Material-istehsalat ehtiyatları dəyəri ödənilmək şərtilə digər təşkilatlardan
satın alındıqda onun faktik maya dəyərnə aşağıdakılar daxil edilə bilər.
a) müqavilə əsasında malsatanlara ödənilən məbləğ;
b) ehtiyatların satın alınması ilə əlaqədar informasiya-məsləhət xarakterli
xidmətlərə görə digər təşkilatlara ödənilən məbləğ;
c) gömrük rüsumları və digər ödənişlər;
d) vasitəçi təşkilatlara (təchizat, xarici ticarət və s.) ödənilən mükafat;
e) material-istehsalat ehtiyatlarının gətirilməsi ilə əlaqədar xərclər (yüklərin
sığorta rüsumu da daxil edilməklə);
f) material-istehsalat ehtiyatlarının satın alınmasına çəkilən digər xərclər.
Qeyd etmək lazımdır ki, satış üçün nəzərdə tutulan material-istehsalat
ehtiyatlarının istifadəyə yararlı vəziyyətə gətirilməsilə əlaqədar çəkilən xərclər də
onların faktik maya dəyərinə daxil edilir.