16
B – hesabat dövrü ərzində anbardan material-istehsalat ehtiyatlarının
buraxılışı;
Sa – hesabat dövrünün axırına anbarda olan ehtiyatların saldosu;
Material-istehsalat ehtiyatlarının mühasibat uçotunun qarşısında duran
vəzifələri aşağıdakılardır:
1. Müəssisədə mövcud olan materialların ehtiyatları haqda tam və etibarlı
informasiyalar formalaşdırmaq;
2. Təsərrüfat əməliyyatlarının qanuniliyinə nəzarət edə bilmək üçün həm
daxili, həm də kənar istifadəçiləri materialların hərəkəti haqda
informasiyalarla təmin etmək;
3. Müəssisələrin təsərrüfat fəaliyyətinin məfi nəticələrinin qarşısını almaq və
material ehtiyatları hesabına məhsulların maya dəyərini aşağı salmaq üçün
ehtiyatları səfərbərliyə almaq və son nəticədə maliyyə sabitliyini təmin
etmək.
17
II FƏSİL. MATERİAL EHTİYATLARININ UÇOTUNUN TƏŞKİLİ VƏ
ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ
2.1. Material - istehsalat ehtiyatlarının daxil olmasının, istehsala
buraxılmasının ilk uçotunun təşkili
Material-istehsalat ehtiyatlarının uçotu üçün baş verən əməliyyatların xeyli
hissəsinin bir tipli olması xarakterikdir. Elə buna görə də, Respublika Dövlət
Statistika Komitəsinin hazırladığı və təsdiq etdiyi tipik ilk sənəd formalarından
istifadə etməyə geniş şərait yaradılmışdır. Unifikasiya olunan standart sənədlərin
tətbiqi onların hazırlanmasının dəyərini ucuzlaşdırır, uçotun aparılması texnikasını
sadələşdirir və son nəticədə material-istehsalat ehtiyatlarnın uçotunun təşkili
sxemini vahid nümunə əsasında qurmağa imkan verir.
Müəssisələrdə material-istehsalat ehtiyatlarının hərəkəti ilə əlaqədar təsərrüfat
əməliyyatlarının sənədlərlə rəsmiyyətə salınması onların həm anbarda, həm də
maddi-məsul şəxslər üzrə mühafizəsinə müntəzəm nəzarət üçün əsasdır. Regional
qaydada hazırlanılan ilkin sənədləşmə və ehtiyatların uçotu üzrə sənəd dövriyyəsi
sxemi müəssisəyə operativ rəhbərlik üçün zəruri olan informasiyaların əldə
olunmasına imkan yaradır. Belə informasiyalar həm qabaqcadan, həm də sonrakı
nəzarət üçün son dərəcə vacibdir.
Material-istehsalat ehtiyatlarının uçotu üzrə bir sıra ilkin sənədləri nəzərdən
keçirək.
M-2№-li «Vəkalətnamə» vəzifəli şəxsin material dəyərləri almaq üçün
müəssisənin adından çıxış etməyə hüquq verən sənəddir. Bu sənəd bir nüsxədən
ibarət tərtib olunmalıdır.
M-4 №-li «Mədaxil orderi» malsatanlardan müəssisənin anbarına daxil olan
ehtiyatların uçotunu rəsmiləşdirmək üçün istifadə olunur. Mədaxil orderlərinin
blankları maddi-məsul şəxslərə nömrələnmiş qaydada verilirö mədaxil orderi
materiallar anbara daxil olduğu gün bir nüsxədə tərtib olunur.
|