«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə18/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   14   15   16   17   18   19   20   21   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.

21 
 
Ehtiyatların daxili yerdəyişməsi (baza anbarı və sex anbarları arasında) 
zamanı qeydləri bilavasitə material-istehsalat ehtiyatlarının uçotu kartoçkasında 
həyata keçirmək olar. Bu zaman materialı qəbul edən sexin nümayəndəsi anbarın 
uçotu kartoçkasında imza edir. Beləliklə, həmin kartoçka eyni zamanda 
bəraətləndirici sənəd kimi qəbul edilir. 
M-35 №-li «Bina və qurğuların sökülməsi və uçurulması zamanı əldə olunan 
material dəyərlərinin mədaxil olunması haqqında akt» əsas vəsaitlərin ləğvi 
proesində alınan material dəyərlərinin uçotu üçün nəzərdə tutulur. Belə 
materialların dəyəri məbləğində müəyyən obyektlərin ləğvindən zərərlər azaldılır.
Sadaladığımız ilk sənədlərin unfikasiyası formalarından iqtisadiyyatın bütün 
sahələrində mülkiyyətin bütün formalarında hüquqi şəxslər tərəifndən istifadə 
olunur. Reyestrlər formasından aralıq registrlər, qeydiyyat jurnalları və i.a. 
müəssisənin özü tərəfindən müəyyənləşdirilir. 
Müasir mini və mikro proqramlardan, xüsusi mühasibat proqramlarından 
istifadə edilməsi materialların hərəkəti haqda informasiyaları işləməyə əlverişli 
şərait yaradır. 
Bu zamvan qeydiyyat proseduru, məlumatların ötürülməsi, qəbulu, çıxış 
informasiyalarının formalaşması bir işçi yerində baş verir. Nəticədə bütün 
proseslərlə əlaqədar mühasibin məsuliyyəti son dərəcə yüksəlir. Material-istehsalat 
ehtiyatlarının uçotu üçün iki çəviyyəli lokal hesablama sistemlərndən istifadə 
xarakterikdir. Birinci səviyyəni anbarda və ehtiyatların hərəkəti haqda ilk 
informasiyaların baş verdiyi yerlərdə qurulan mühasibin avtomat işçi yeri təşkil 
edir. bu səviyyədə material dəyərlərinin uçotu ilk sənədlərin və ilk informasiyaların 
qeydiyyatının proqramın yaddaşına köçürülməsi yolu ilə baş verir. İlk sənədlər 
(hesab-fakturalar, əmtəə-nəqliyyat qaimələri və s.) təchizat şöbəsinə daxil olur. 
Mühasibin avtomat işçi yerində materialların faktik göndərilməsi haqqında 
informasiyalar müvafiq massivə köçürülür və onun əsasında malgöndərmə 
müqaviləsinin yerinə yetirilməsi haqda perativ informasiyalar formalaşdırılır.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin