G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
23 Hesablaşma sənədləri qeydiyyata almaq, aksept eləmək və s. üçün təchizat
şöbəsinə, daha sonra isə mühasibatlığa ötürülür.
Anbara daxil olan material dəyərlərinin növ-miqdar uçotu maddi-məsul şəxs
tərəfindən operativ-mühasibat (saldo) metodu üzrə anbarın uçotu kartoçkasından
(M-17 №-li forma) aparılır. Ehtiyatların hər bir nomenklatur – uçot mövqeyinə
ayrıca uçot kartoçkası nəzərdə tutulur. Verilmiş kartoçkalar materialların
nomenklatur ardıcıllığı ilə anbarın kartotekasında yerləşdirilir.
Hər gün materialların hərəkəti haqda ilk uçot sənədləri (mədaxil orderləri,
qaimə – tələbnamələr, limit-zabor kartları və i.a.) əsasında əldə olunan ilkn
informasiyalar nbv uçotu kartoçkasında əks etdirilir. Eyni zamanda, kartoçkada
müvafiq ehtiyatların hər bir nomenklatur nömrəsi, növü, ölçüsü üzrə qalıq çıxarılır.
Məlumatlar əsasında anbardar müəssisənin rəhbəri və marketinq xidmətini
müxtəlif nomenklatur mövqeləri üzrə ehtiyatların vəziyyət və hərəkətsiz qalan
ehtiyatların qalıqları haqda informasiya ilə təmin edir.
Münəzəm surətdə (ən azı 10 gündən bir) materalların uçotu ilə məşğul olan
mühasib anbarın uçotu kartoçkasındakı qeydlərin dürüstlüyünü yoxlayır. Material
dəyərlərni, xüsusən də bahalı və defisit materialların faktik vəziyyətini natura ilə
yoxlamaq hüququ həmin mühasiblərə verilmişdir. Kartoçkada çıxarılan
materialların qalığı yoxlayanın imzası ilə təsdiqlənir.
Daha sonra anbardar mədaxil və məxaric sənədlərinin təhvil verilməsi haqda
reyestr tərtib edir və onu zəruri müşayətedici sənədləri əlavə etməklə
(malgöndərənlərin hesabnaməsi, nəqliyyat qaimələri və s.) mühasibata ötürür.
Sənədlər ehtiyatların qrupları və nomenklatur nömrələri üzrə kip halında seçilir.
Limit-zabor kartları istifadə olunduqca təhvil verilir. Ayın axırında onların hamısı
mühasibata verilməlidir.
Ay başa çatdıqdan sonra anbardar anbarın uçotu kartoçkalarındakı miqdar
qalığı qalıq kitabına (vedomosta) köçürülür. Qalıq kitabına qeydlər ehtiyatlarının
balans hesabları, ehtiyatların qrupları və onların müxtəlif növləri üzrə aparılır.