26 İlkin dəyər
Mümkün xalis satış qiyməti.
Ehtiyatların ilkin dəyərinə onların əldə edilməsi xərcləri, ödənilməyən
vergilər, yükləmə, boşaltma və qablaşdırma xərcləri, istehsal və ya emal xərcləri,
məsləhət xidməti ilə bağlı xərclər və digər xərclər daxildir.
Ehtiyatların əldə edilməsi üzrə məsrəflərə alış qiyməti, idxal rüsumları və
digər vergilər, daşınma-boşaldılma, hazır məhsulların xammal və materialların,
eyni zamanda xidmətin göstərilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxildir.
Ticarət güzəştləri və digər analoji maddələr ehtiyatların tərkibinə daxil edilmir.
Məsələ 1. Müəssisə, sonradan satılması nəzərdə tutulan malları satın
alınmışdır. Həmin malların alış dəyəri 200 000 manat təşkil edir. Malların
daşınmasına görə nəqliyyat-ekspedisiya kontoruna 5000 manat ödənilmişdir.
Əməliyyatlar uçotda belə əks edirilir:
1. Mallar satın alınmışdır Dt 205 “Mallar” hesabı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 200 000 man. Kt 211 “Malsatanların və podratçıların qısamüddətli kreditor borcları “. . . . . . . . . . . . . . . . 200 000 man. 2. Nəqliyyat xərcləri çəkilmişdir: Dt 205 “Mallar” hesabı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 5 000 man. Kt 217 “Digər qısamüddətli debitor borcları” . . . . . . . . . . . . . 5 000 man. Məsələ 2. Təşklat topdanpartiya ilə 500 000 manat dəyərində mal almışdır.
Güzəşt 3% təşkil edir. Güzəşt məbləği hesablanır (500 000 man. X 3%)=15 000
manat.
Əməliyyatlar uçotda belə qeydə alınır:
1. Mallar satın alınmışdır:
Dt 205 “Mallar” hesabı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 500 000 man.
Kt 211 “Malsatanların və podratçıların