«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə31/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   27   28   29   30   31   32   33   34   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.

34 
 
istifadə edərsə, əvvəlcə, ehtiyatların orta dəyərini toplamaq lazımdır. Bu məqsədlə 
ehtiyatların ümumi dəyəri onların miqdarına bölünür: 
(100 x 100 + 50 x 110 + 70 x 120) : 220 = 108, 63 man 
Həmin rəqəm əsasında silinmələrin dəyərini hesablayırıq: 
1-ci silinmənin dəyəri – 14122 man (130 x 108,63) 
2-ci silinmənin dəyəri – 3259 man (30 x 108,63); 
3-cü silinmənin dəyəri – 5432 man (50 x 108,63) 
İstehsalata silinən ehtiyatların dəyəri 22813 manata bərabərdir. 
Ehtiyatların balansında ehtiyatlar onların satışından, yaxud istifadəsindən 
gözlənilən dəyərdən artıq olmaqla əks etdirilməlidir. 
İl ərzində və maliyyə dövrünün sonunda balansda ehtiyatların 
qiymətləndirilməsi 
Ehtiyatların maya dəyəri 
Ehtiyatların satışının xalis dəyəri 
Balansda daha aşağı dəyər əks etdirilir 
Ehtiyatların balans dəyərinə yenidən baxılması hər bir maliyyə ilinin sonunda 
həyata keçirilir. Həmçinin bəzi hallarda ehtiyatların balans dəyərinə yenidən 
baxılması müəyyən dövr ərzində aparıla bilər. 
Mövzunun əvvəlində qeyd etdiyimiz kimi bütün hallarda ehtiyatlar aşağıdakı 
kəmiyyətdən ən aşağısı ilə qiymətləndirilməlidir: 
- maya dəyəri; 
- satışın mümkn xalis dəyəri. 
Xarici ölkələrn uçot təcrübəsində material ehtiyatlarının qiymətləndiril-
məsinin digər metodlarından da(məs., XİFO, LOFO, NİFO və s.) istifadə edilir. 
Onlardan istifadənin metodologiyası istehsala buraxılan materialların maya 
dəyərinin tənzimlənməsi ilə əlaqədardır və bir çox hallarda mövcud metodlar üzrə 
qiymətləndirmə prinsiplərini əks etdirir. 
Daha konkret desək, XİFO metoduna görə daha yüksək qiymətlə mədaxil 
olunan materiallar istehsalata birinci silinir. Ayın axırına anbarda olan 


35 
 
materialların qalığı isə daha aşağı qiymətə alınan materialların faktiki dəyəri ilə 
qiymətləndirilir. Müvafiq surətdə satılmış məhsulların maya dəyərində materiallar, 
satınalınmanın daha yüksək dəyərilə əks etdirilir. Bu da öz növbəsində mənfəət 
kütləsinin və vergitutma bazasının aşağı düşməsilə nəticələnir. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin