partiyası üzrə ayrılıqda aparılır.
Eyni adlı hesabda əks olunan mallar alış qiymətləri və yaxud satış qiymətləri
ilə qiymətləndirilir. Alış və satış qiymətləri arasındakı fərq mühasibat uçotunda
ayrıca hesabda – 603 “Verilmiş güzəştlər”adlı hesabda aparılır. Malların tədarükü
və çatdırılması xərcləri və digər tədarük xərcləri 711 «Kommersiya xərcləri» adlı
hesabda əks etdirilir.
Malların anbarlara və digər saxlanılma yerlərinə çatdırılması uçotda belə
qeydə alınır.
D-t 205 «Mallar»
K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
Uçot siyasətində nəzərdə tutulduğu halda
D-t 205 «Mallar»
K-t 531 «Material ehtiyatları»
Mallar satış qiymətləri ilə uçota alınan zaman alış və satış qiymətləri
arasındakı fərq məbləği uçotda belə əks etdirilir:
D-t 205 «Mallar»
K-t 603 «Verilmiş güzəştlər»
Ayın axırında yolda qalan malların ödənilən dəyəri anbar uçotunda qeydə
alınmadan belə uçota alınır:
D-t 205 «Mallar»
K-t 531 « Malsatan və podratçılara qısamüddətli kreditor borcları »
Sonrakı ayın əvəlində bu məbləğlər storno olunur və necə bir debitor borcları
kimi hesablaşmalar uçota alınan hesablarda qalmaqda davam edir. malların daxil
59
olmasının 15 «Materialların tədarükü və əldə edilməsi» vasitəsilə əks etdirilməsi
zamanı yolda olan mallar həmin hesabda saldo kimi qeydə alınır.
Satın alınan mallar satış qiymətləri ilə aşağıdakı köçürmə vasitəsilə
rəsmiləşdirilir:
D-t 205 «Mallar»
K-t 531 « Malsatan və podratçılara qısamüddətli kreditor borcları »
Hesabat mühasibat balansında alış qiymətləri ilə uçota alınan mallar, 205
«Mallar» hesabında qeydə alınan malların dəyərindən aşağıdırsa, onlar cari bazar
qiymətləri ilə əks etdirilir. Bu zaman meydana çıxan qiymət fərqi hesabat
mənfəətinin azaldılmasına silinir.
Vasitəçilərin (konsiqnasiya anbarları, komisyon mağazaları və i.a.) köməyilə
satış üçün verilən mallar 205 «Mallar» hesabının ayrıca subhesabında uçota alınır.
Komisyon qaydasında satılmaq üçün digər təşkilatlardan və əhalidən qəbul olunan
mallar «Komissiyaya qəbul edilmiş mallar» adlı balansarxası hesabda qeydə alınır.
Malların satın alınması 205 № li «Mallar» hesabının tərkibində ayrıca
subhesabda əks etdirilməlidir. Bu subhesabda istənilən vaxt satın alınan malların
ümumi dəyərini müəyyənləşdirmək mümkündür. Hansı ki, bu informasiyalarda
malların həm alış, həm də satış dəyəri əks olunur. Göstərilən subhesabda yolda
olan mallar müəyyənləşdirilir. Bu da onların daxil olmasına nəzarəti gücləndirir,
həm də düzgün və vaxtında uçota alınmasına şərait yaradır.
Malsatanların hesabnaməsinin aksept olunması aşağıdakı mühasibat
köçürməsi vasitəsilə rəsmiləşdirilir:
D-t 205 «Mallar» subhesabı
K-t 531 « Malsatan və podratçılara qısamüddətli kreditor borcları »
Malların anbarlara və digər saxlanılma yerlərinə daxil olmasının alış qiyməti,
yaxud satış qiyməti ilə belə əks olunur:
D-t 205 «Mallar»
K-t 201 «Material ehtiyatları»
|