«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   2   3   4   5   6   7   8   9   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.


 
məhsuldarlığının artımı istehsal məsrəflərində keçmiş əməyin xüsusi çəkisinin 
daima artırılmasına gətirib çıxarır. 
Respublikanın iqtisadiyyatının son illərdə müstəqil inkişafı təsərrüfat 
dövriyyəsinə getdikcə daha çox material – texniki ehtiyatların cəlb edilməsi ilə 
nəticələnməlidir. 
Heç də sirr deyildir ki, Azərbaycanın xammal və material resursları çox 
məhdud miqdardadır. Onların bir çox növlərinin təkrar istehsalı əslində qeyri-
mümkündür. Odur ki, məhsulların material tutumunun aşağı salınması təbii 
ehtiyatlara birbaş qənaət kimi başa düşülməlidir. Hasilat sənayesində emaledici 
sənayeyə nisbətən istehsal olunan məhsul vahidinə daha çox canlı əmək və kapital 
qoyuluşu vəsaiti sərf edilir. Ona görə də, emaledici sənaye sahələrində istehsalın 
təkmilləşdirilməsi hesabına material resurslarına qənaət olunması daha sərfəlidir. 
Əşyalaşmış əməyə qənaət olunması xammal və emaledici sahələrə yönəldilən 
kapital qoyuluşlarının ixtisar olunmasına şərait yaradır. 
Məhsul istehsalının həcminin artımı material resurslarından və həmçinin 
məsariflərin mütləq kütləsi ilə müşayət olunur. Buna görə də, material tutumunu 
aşağı satmaq hesabına əldə olunan qənaətin həcmini artırmaq lazımdır. 
Son illərdə, istehsalı mənimsənilən məhsulların hazırlanmasına daha çox 
material sərf etmək tələb olunur. Sənayenin nisbətən yeni sahələrinin, məsələn 
eleutronikanın, kiyanın, elektrotexnikanın, radiotexnikanın və s. inkişafı 
məhsulların material tutumunda dəyişikliklərə müşayət olunur.
Heç də sirr deyildir ki, məhsulların material tutumunun aşağı salınmasında 
materialların emal olunmasının texnikası və texnologiyasının təkmilləşdirilməsi, 
müasir texnologiyanın yaradılması mühüm istiqamətlər sayılır. 
Məhsulların material tutumunun səviyyəsi bəzən ilkin xammalın və 
materialların keyfiyyəti ilə müəyyən olunur. Onların çeşidlərinin genişləndirilməsi, 
möhkəmliyi, 
materialalrın 
keyfiyyətinin 
yaxşılaşdırılması, 
texniki-iqtisadi 
parametrlərinin təkmilləşdirilməsi məhsul vahidinə çəkilən xərclərin xüsusi 
çəkisini xeyli azalda bilər. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin