G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
8 Materialların istehlak xüsusiyyətlərinin yüksəldilməsi məhsul istehsalı zamanı
onlardan qənaətlə istifadə olunmasının başlıca mənbəyidir.
Məhsulların material tutumunun aşağı salınmasının başqa bir istiqaməti
maşın
və
avadanlıqların
xarakteristikasının
əhəmiyyətli
dərəcədə
yaxşılaşdırılmasından ibarətdir. Sənayedə bu sahədə yaxşı nəticələr qazanılmışdır.
Respublikanın müxtəlif təsərrüfat subyektlərində istehsalın səmərəliliyi üç
əsas göstəricinin dinamikası və qarşılıqlı əlaqəsi ilə müəyyənləşdirilir. Material
tutumu, fondtutumu və əmək tutumu həmin göstəricilərdir. Onlardan hər biri
özlüyündə əmək məsrəflərinin bir tərəfini xarakterizə edir.
Əmək məhsuldarlığının artımı, əmək tutumunun aşağı salınması canlı əməyə
qənaət göstəricisi, material tutumunun və fondtutumunun aşağı salınması isə
əşyalaşmış əməyə qənaət göstəricisidir. Onların bir yerdə aşağı salınması istehsalın
və Milli gəlirin artım sürətini təmin edir, əsas fondlardan istifadənin
səmərəliliyinin yüksəldilməsinə şərait yaradır, çanlı əmək məsərflərini azaldır.
İstehsal olunan məhsulun material tutumu məhsul hazırlanmasının
texnologiyasının təkmilləşdirilməsinin təsiri altında aşağı salına bilinir. Eyni
zamanda, qabaqcıl elmi-texniki tərəqqinin təsiri altında daha baha və aztapılan
materiallar sərf olunan yeni növ məhsullar meydana gəlir. Son nəticədə həmin
məhsulların material tutumunun yüksəlməsi müşahidə olunur.
Xammalın və materialların, yanacaq və enerjinin dəyərini bir çox hallarda
təbii amillərlə əlvqələndirmək zərurətində də yaddan çıxarmaq olmaz.
Azərbaycan
respublikasının
uçot
praktikasında
material-istehsalat
ehtiyatlarının uçotu mühasibat uçotu haqda Qanunla və digər normativ sənədlərlə
tənzimlnilir. Material-istehsalat ehtiyatları müəssisələrin dövriyyə aktivlərinin,
başqa sözlə əmlakının bir hissəsi olmaqla aşağıdakı məqsədlər üçün istifadə
olunur:
a) məhsul istehsalında, işlərin yerinə yetirilməsində, xidmətlər göstərildikdə;
b) müəssisənin idarəetmə ehtiyacları üçün;
c) istisna olaraq satılmaq üçün;