Referat
Mövzunun aktuallığı. Modelləşdirmə və quraşdırma əməliyyatları uşaq geyimlərinin istehlak xassələrinə birbaşa təsir edir. Uşaq geyimlərinə bir çox tələblər verilir. Uşaq geyimləri bütün tələbləri ödəmək üçün kompleks istehlak xassələrinə malik olmalıdır. Modelləşdirmə və quraşdırma əməliyyatları isə öz növbəsində həmin istehlak xassələrini formalaşdırır.
Modelləşdirmə əməliyyatı uşaq geyimlərinin modelinin və ya ilkin nümunəsinin işlənib hazırlanmasıdır. Modellər rəsam-modelyerlər tərəfindən hazırlanır. Rəssam-modelyerlər geyimin həm sənaye modelini və həm də ideya-modelini hazırlayır. İdeya-model sərgi üçün, perspektiv üçün, sənaye modeli isə istehsal imkanlarını nəzərə almaqla kütləvi istehsal üçün nəzərdə tutulur. Modelin üslub ifadəliliyi dedikdə formanın, rəng həllinin, materialın, dekorativ xatlərin, biçimin modaya uyğunluğu kimi başa düşülür. Formada kompozisiya bütövlüyünə bütün elementlərin balanslaşdırılması nəticəsində nail olmaq olar. Uşaq geyimlərinin istehlak xassələrinin bütün tələblərə cavab verməsi üçün hər şey modelləşdirmə və quraşdırma əməliyyatlarından asılıdır. Bu baxımdan magistr dissertasiya işinin mövzusu olduqca aktualdır.
Dostları ilə paylaş: |