Magİstratura mərkəz



Yüklə 259,6 Kb.
səhifə11/17
tarix05.01.2022
ölçüsü259,6 Kb.
#111368
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Nətİcə və təklİflər
«Modelləşdirmə və quraşdırma əməliyyatlarının uşaq geyimlərinin istehlak xassələrinə təsirinin ekspertizası»na həsr olunmuş magistr dissertasiya işinin ədəbiyyat icmalı və tədqiqat hissələrini yekunlaşdıraraq aşağıdakı nəticə və təklifləri vermək olar:

  1. Uşaq geyimlərinin keyfiyyəti bir çox amillərdən asılıdır. Buraya geyimlərin materialının xassələri, onların lif tərkibi, koloristik tərtibatı, model və quraşdırılması, geyimlərə müxtəlif xassə verilməsi üçün onların emal olunması, məhz buna görə uşaq geyimlərinin keyfiyyəti yoxlanarkən adları çəkilən göstəricilərə diqqət verilməlidir. Xüsusilə xaricdən daxil olan uşaq geyimlərinin keyfiyyəti yoxlanarkən bu göstəricilər əsas götürülməlidir.

  2. Uşaq geyimlərinin lif tərkibinə xüsusi fikir verilməlidir. Kiçik yaşlı uşaqlar üçün olan geyimlərin 100% sintetik lifdən istehsal edilməsi beynəlxalq miqyasda qadağan edilmişdir. Belə geyimlərin istehlak bazarına daxil olmasının qarşısı alınmalıdır. Bu geyimlər uşaqların sağlamlığına təhlükə törədir, hava, buxar keçirməyən belə mallar uşaqlarda allergiya, qıcıqlanma, boğulma halları yaradır.

  3. Uşaq geyimlərinin quraşdırılması dedikdə, istehsal üçün təsdiq edilmiş modellərdən ötrü müxtəlif ölçü və uzunluqda paltar hissələrinin ülgüləri hazırlanır. Ülgü hazırlamaq prosesinə quraşdırma deyilir. Uşaq geyimlərinin quraşdırılması zamanı biz təlif edirik ki, ülgülər hər bir model üçün markalansın, hissələrin nömrəsi, fasonu, ölçüsü və adı göstərilsin.

  4. Uşaq geyimləri uşaqların müxtəlif material və qeyri-material tələblərini ödəyir. Material tələblərinə bəzən də utilitar tələblər deyilir. Əsasən geyimin öz funksiyasını ödəməsi başa düşülür. Qeyri-material tələblər sosial-ictimai mühitdə formalaşır. Uşaq geyimləri uşaqların xarici görünüşünü formalaşdırdığına görə bunlara esteik tələblər deyilir. Ona görə təklif edirik ki, uşaq geyimləri modelləşdirərkən, estetik tələblərə üstünlük verilsin.

  5. Uşaq geyimlərinin modelləşdirilməsi zamanı kompozisiya bütövlüyü əsas elementlərdən biridir. Kompozisiya bütövlüyünün elementlərindən biri də rəngdir. Rəng uşaqlara daha güclü emosional təsir göstərir. Rənglərin birləşməsinə kolorit deyilir. Ona görə uşaq geyimlərində, adətən bir neçə rəng birləşir. Bu göstərilənləri nəzərə alaraq təklif edirik ki, modelləşdirmə zamanı uşaq geyimlərinin bədii koloristik tərtibatına xüsusi fikir verilsin.



Yüklə 259,6 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin