İşin məqsədi və vəzifələri. Magistr dissertasiya işinin məqsədi, modelləşdirmə və quraşdırma əməliyyatlarının uşaq geyimlərinin istehlak xassələrinə təsirinin ekspertizasından ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr yerinə yetirilmişdir:
modelləşdirmə və quraşdırma əməliyyatlarının uşaq geyimlərinin istehlak xassələrinin formalaşmasında rolu;
uşaq geyimlərinin istehlak xassələrinin ekspertizası;
uşaq geyimlərinin keyfiyyətinin orqanoleptiki və laboratoriya üsulları ilə öyrənilməsi;