2.2. Uşaq geyimlərinin markalanma və qablaşdırılması
Tikili məmulatın çoxusu karton, yaxud parçadan ibarət yarlıqla markalanır. Burada məmulata dair əsas məlumat göstərilir. Məsələn, tikili üst paltarına aid yarlıqlarda fabrikin mal nişanı, məmulatın adı, model nömrəsi, preyskurant nömrəsi, parçanın adı və artikulu, məmulatın ölçüsü, boyu (uzunluğu), sortu, 1-ci sortun qiyməti, sortunun aşağı olmasına görə güzəşti, güzəştlə qiyməti, bəzəyinə görə əlavəsi, pərakəndə qiyməti, texniki şərtlərin nömrəsi və buraxılış tarixi göstərilir.
Yarlığın arxasında məmulatın sortu və sortlaşdırma aparan şəxsin nömrəsi göstərilir. Burada habelə məmulatın bu və ya digər hissəsinin sortu aşağı olmasına görə güzəşt yazılır. Tikili üst paltarına və baş geyimlərinə karton yarlıq asılır. Camaşirə isə parçadan yarlıq tikilir.
Yarlıqdan başqa, tikili üst paltarına və camaşirə fabrik markası da yapışdırılır. Fabrikin markası ipək lentdən, yaxud ensiz parça zolağından ibarət olur. Burada müəssisənin adı göstərilir. Baş geyimlərində həmin istehsal markası alınlıq hissəsinə və astarına vurulan damğa ilə əvəz edilir.
Tikili məmulat ilk əvvəl karton qutulara və habelə kağızdan, yaxud sellofandan ibarət paketlərə qablaşdırılır. İpək donlar və bluzkalar, ipək dəyişək, kətan və pambıq parçadan olan dəyişək, fetr şlyapa və bahalı parçalardan olan şlyapalar karton qutulara qoyulur. Kiş8ilərə məxsus üst köynəkləri və qadın dəyişəyinin ayrı-ayrı növləri paketlərə qablanır. Palto, kostyum, şalvar və s. növ tikili məmulat qutuya və paketə qoyulmur.
Daşımaq üçün tikili məmulat içinə kağız sərilmiş taxta, yaxud faner yeşiklərə qablaşdırılır. Yeşiklər standart ölçüdə olmalı və məmulatın əzilmədən yığılmasını təmin etməlidir. Qutuya, paketə, yeşiyə qablaşdırmadan qabaq əzilməsin deyə bunlar səliqəli bükülür. Bükmə qaydaları standartlarda göstərilmişdir. Tikili məmulat xüsusi avtomaşınlarda, habelə konteynerlərdə daşınarkən qutulara, paketlərə və yeşiklərə qablanmır.
Dostları ilə paylaş: |