Şəkil 1.4. Şüşə məmulatlarının keyfiyyətinə qoyulan erqonomik tələblər
Gigiyenik xassələr zərərsizlik və çirklənmə kimi xassələr qrupu ilə xarakterizə edilir. Məişət qabları üçün olan şüşələr kimyəvi cəhətdən davamlı və təhlükəsizdirlər, lakin, şüşələrin bəzəndirilməsi üçün istifadə olunan bəzi boyaqlar və tərkiblər tərkibində ağır metal duzları olduğu üçün bu tələblərə cavab verə bilmirlər. Məmulatın forma və konstruksiyasının rahat olmaması məmulatların yuyulub təmizlənməsini çətinləşdirməklə onların gigiyenikliyini azalda bilər.
Məişət şüşə məmulatlarının keyfiyyətinə qoyulan estetik tələblər kompozisiya bütövlüyü, formanın səmərəliliyi və informasiya ifadəliliyi ilə xarakterizə olunur (Cədvəl 1.1.)
Cədvəl 1.1
Dostları ilə paylaş: |