Nöqsanların növü
|
Nöqsanların xarakteristikası
|
Şüşə kütləsinin keyfiyyəti ilə şətlənən nöqsanlar
|
1.1.Rəngsizləşmənin tam aparılmaması
|
Xoşagəlməz rəng çalarları, şüşə kütləsinə rəngsizləşdiricilərin normadan çox və ya az miqdarda əlavə edilməsi zamanı və ya əridilmə prosesin pozulması nəticəsində yaranır,sarımtıl, yaşımtıl rəng çalarları formasında aşkar edilir.
|
1.2. Qaz qarışıqları, qabarcıqlar
|
Bu nöqsanlar iri və xırda ölçülü, hava və ya qələvi tərkibli ola biir. əsasən bişirilmə prosesində şəffaflaşmanın düzgün aparılmaması nəticəsində yaranır.
|
Dəst halinda olan qabarcıqlar
|
Məmulatın istehsalı prosesində şüşə porsiyasının yığılması zamanı yaranır
|
Nöqtələr
|
Ölçüsü 1,0 mm aşmayan qabarcıqlardır
|
Bağlı qabarcıqlar
|
Məmulatın səthindən kənarlaşan və məmulatın divarının bütövlüyünü pozmayan qabarcıqlardır
|
Açıq qabarcıqlar
|
Məmulatın səthinə yaxınlaşan və divarlardan birinin bütövlüyünü pozan qabarcıqlardır
|
Qeyri-şəffaf qabarcıqlar
|
Qeyri-şəffaf kütlə ilə dolu olan qabarcıqlardır
|
1.3.Kənar, kristallik qarışıqlar
|
Bərk, qeyri-şəffaf, şüşədən fiziki-kimyəvi xassələrinə görə fərqlənən qarışıqlardır. Bu nöqsanlar xamallın dənəvər tərkibinin düzgün olmaması, şixtanın pis qarışdırılması, əridilmə zamanı istilik rejiminin pozulması nəticəsində yaranır.
|
Odadavamlı daşlar
|
Odadavamlı materiallardan şüşə kütləsinə düşən qarışıqlar
|
Şixta daşları
|
Şüşədə əriməyən kənar qarışıqlar
|