Barium karbonat BaCO3 – (molekul çəkisi 197,37, xüsusi çəkisi 4,4). Onun vasitəsilə şüşəyə 77,7% BaO keçir, 22,3% CO2-di isə tərkibdən ayrılır. Təbiətdə viterit şəklində rast gəlinir, güclü yataqları Türkmənistan və Altayda yerləşir.
Süni yolla BaCO3 sulfatlı duzların karbon vasitəsilə reduksiya edilməsi, sonra sulfatlı bariumun duz turşusunda həll olması və barium xlorun soda ilə emal olunması vasitəsilə alınır.
Sulfatlı barium BaSO4 – (molekul çəkisi 233,43, xüsusi çəkisi 4,3-4,6). Şüşənin tərkibinə 65,6% BaO daxil edə bilir. Şüşə istehsalında məhdud şəkildə tətbiq edilir, çünki reduksiyaedicisiz çətin parçalanır.
Dostları ilə paylaş: |