Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə37/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   33   34   35   36   37   38   39   40   ...   77
Nefelin (KNa)2Al2Si2O8 – nefelinli və eleolitli sienitlərin əsas tərkib hissəsidir.

Nefelinli sienitlər 16-36% alüminium; 3-4% dəmir birləşmələrindən, 14-15% (hərdən 19%) natrium və kalium oksidlərindən ibarətdir. Nefelinli sienit, əsasən tünd rəngli şüşə istehsalında (butulka, aptek, təsərrüfat qabları), həmçinin rəngsizliyi vacib olmayan şüşə istehsalında tətbiq olunur.

Nefelinli sienitlərin keyfiyyəti R2O və R2O3-ün miqdarı ilə təyin edilir. O, natrium və kalium oksidlərinin miqdarının artması ilə artır, alüminium və dəmir oksidli birləşmələrin artması ilə azalır.

Traxittamamilə bərk ağ-boz rənglidir, tərkibi kvarsdan, çöl şpatından az miqdarda maqnetit kristallarından və s. ibarətdir. Pyatiqorskda çıxarılan traxit bircins­liliyi ilə fərqlənir. Bu süxur aşağıdakı kimyəvi tərkibə malikdir (%-lə): SiO2 – 69,7; Al2O3 – 14,7; Fe2O3 – 2,5; CaO – 2,2; MgO – 0,9 və Na2O+K2O – 9,7.

Traxit şüşə tara istehsalında tətbiq olunur.



Andezit – vulkan püskürməsi nəticəsində yaranan dağ süxurudur. Güclü ya­taq­ları Gürcüstanda Borjomi yaxınlığında yerləşir. Andezit aşağıdakı kimyəvi tərkibə malikdir (%-lə): SiO2 – 61,3; Al2O3 – 18,5; Fe2O3 – 4,9; CaO – 5,8 və Na2O+K2O – 4,3-8,2. Andezitlər kimyəvi tərkibinin xüsusilə qələvi oksidlərinin sabit olmaması ilə xarakterizə olunur. Andezit tünd rəngli şüşə tara istehsalında istifadə olunur.

Vulkanik kül aşağıdakı kimyəvi tərkibə malikdir (%-lə): SiO2 – 74; Al2O3 – 14; Fe2O3 – 0,8-1; R2O – 7 və CaO – 1,5.

Vulkanik külün tərkibində alüminium və dəmir birləşmələri nefeleində oldu­ğundan xeyli azdır. Bu da onun şüşə istehsalında geniş və o cümlədən yarım ağ şüşə istehsalında istifadə olunmasına imkan verir. Vulkanik kül tara və yarım ağ şüşə məmulatlarının istehsalında istifadə edilə bilər.



Pemza həmçinin vulkanik məhsuldur. Aşağıdakı kimyəvi tərkibə malikdir (%-lə): SiO2 – 67; Al2O3 – 13-15; Fe2O3 – 0,75-2; CaO – 2-2,9 və K2O – 7,5-8,5.

Obsidian – həmçinin vulkanik məhsuldur. Kimyəvi tərkibi aşağıdakı kimidir (%-lə): SiO2 – 67; Al2O3 – 15; Fe2O3 – 1; CaO – 1-1,2 və Na2O+K2O – 7,5-9,7. Obsidian da pemza kimi tünd rəngli tara şüşəsi istehsalına işlədilir.



Kaolin – kristallik süxurların parçalanma məhsuludur. Kaolin kaolinit – mineralından ibarətdir ki, onun kimyəvi tərkibi aşağıdakı kimidir (%-lə): Al2O3 – 39,5; SiO2 – 46,6 və H2O – 13,9. Kaolin şüşənin tərkibinə Al2O3–lə birlikdə daxil olur. Cədvəl 2.6-da kaolinlərin kimyəvi tərkibi verilmişdir.


Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin