İstehsal tullantıları. Şüşə istehsalında müxtəlif istehsal sahələrinin tullantılarından – domna şlakı, manqanlı fliz tullantıları və s.-dən istifadə olunur.
Domna şlakının tərkibi (%-lə):
SiO2 – 35-65; CaO – 30-45; Al2O3 –5-20; Fe2O3 – 5-ə qədər; S – 2-4; manqan – 2; qələvi – 2.
Domna şlakı hərdən kimyəvi tərkibindən asılı olaraq 1100-1350 ərimə temperaturunda əriməklə hazır şüşəyə bənzər materiala çevrilir. Bunlardan yaşıl kərpici rəngli şüşə tara istehsalında istifadə edilir. Manqanlı filiz tullantıları aşağıdakı kimi tərkibə malikdir (%-lə):
MnO2 – 38-50; Al2O3 – 0,85-3; Fe2O3 – 3,5; CaO – 1,7-4,3 və Na2O – 2,5-3,3 həll olmayan qalıqlar: 31-44.
Bu tullantılar rəngli şüşə və həmçinin marblit istehsalında istifadə edilir.
Dostları ilə paylaş: |