Dissertasiya işinin əsas obyekti. Dissertasiya işində əsas tədqiqat obyekti kimi müasir dövrdə istehlak bazarına daxil olan məişət şüşə məmulatlarının istehsalında istifadə edilən əsas və köməkçi materiallar, onların əsas xarakterik xüsusiyyətləri götürülmüşdür.
Tədqiqat işində olan əsas elmi yenilik. Dissertasiya işində ilk dəfə olaraq şüşə materiallarının istehsalında istifadə edilən əsas və köməkçi materialları elmi və praktik təsnifatı sistemli şəkildə qruplaşdırılaraq verilmişdir. Burada eyni zamanda şüşə məmulatlarının keyfiyyətini formalaşdıran istehlak xassələrinin də müxtəlif təsnifləşmə səviyyələri üzrə xarakterik xüsusiyyətlərinə görə təsnifatı ilk dəfə verilir.