Kobalt oksidi Co2O3 (molekul çəkisi 165,88, xüsusi çəkisi 6). Rəngsizləşdirici kimi nikkel və selenlə birlikdə tətbiq olunur.
Boyaqlar. Boyaqlar şüşə kütləsinə müəyyən rəng vermək məqsədilə şixtaya əlavə edilir. Bişirilmə prosesində boyaqlar ya silisium oksidi ilə birləşərək boyanmış silikatlar yaradır, ya da kolloid-dispersiya hisəcikləri şəklində qalmaqla şüşə kütləsinin bu və digər işıq şüalarını seçərək udmasını təmin edir. Birinci qrup boyaqlar molekulyar, ikinci qrup boyaqlar isə kolloid – dispersiya boyaqları adlanır.