Nikkel birləşmələri oksid NiO (molekul çəkisi 74,7; xüsusi çəkisi 7,5), hidroksid Ni(OH)2 yaşıl rəngli, Ni2O2 qara rəngli oksid şəklində tətbiq edilir.
NiO kalium-kalsiumlu şüşələri qırmızı-bənövşəyi, natrium-kalsium şüşələrini isə bənövşəyi rəngə boyayır.
Mis birləşmələri – Cu2O, sulfatlı mis CuSO45H2O və CuO şəklində tətbiq edilir.
Mis oksidi (CuO) şüşənin tərkibindən və konsentrasiyasından asılı olaraq onu mavi və yaşıl rəngə boyayır. CuO-li şüşə oksidləşdirici şəraitində bişirilir.
1-2% CuO natrium-kaliumlu şüşəni mavi rəngə boyayır. Yaşıl rəngli şüşənin alınması üçün CuO Cr2O3 və ya Fe2O3-lə birlikdə tətbiq olunur. Şixtaya 2-3% boraks və nitrat əlavə etmək şüşənin rəngini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Dostları ilə paylaş: |