İkixromatlı kalium K2Cr2O4 (m.ç.294,22; x.ç.2,7). Yaşıl qırmızı rəngli kristaldır. 500 temperaturda parçalanır. Şüşəyə 51,7% Cr2O3 keçir.
İkixromatlı natrium (m.ç.298,05; x.ç.2,5) şüşənin tərkibinə 51% Cr2O3 keçirə bilir.
Kaliumxrom duzu K2CrO4 – sarı rənglidir. Şüşəyə 39,5% Cr2O3 keçirir.
Natriumxrom duzu (m.ç.342,16; x.ç.1,5). Şüşəyə 22% Cr2O3 keçirir.
Vanadium birləşmələri – üçoksidli V2O3 və beşoksidli V2O5 birləşmələri şəklində tanınır. Öz xassələrinə görə Vanadium oksidləri xrom oksidlərinə tamamilə oxşardır. Şüşəni xrom oksidlərindən az intensivliklə yaşıl rəngə boyayır. Onları istilik və ultrabənövşəyi şüaları əks etdirən şüşələrin istehsalında tətbiq edirlər. Şüşə daha çox oksidləşdirici şəraitində bişirilir, 3-5% V2O5 serium və titan oksidləri ilə qarışıq halda tərkibə qatılır.