Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə57/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   53   54   55   56   57   58   59   60   ...   77
Mis oksidi (molekul çəkisi 143,08, xüsusi çəkisi 5,9) qırmızı rəngli kristall tozudur. Kolloid misin yüksək boyama qabiliyyətinə görə intensiv qırmızı rəngli şüşə almaq üçün 0,15% mis oksidi daxil etmək kifayət edir (onun elementar kolloid misə tamamilə çevrilməsi şərtilə).

Qurğuşunlu və əhəngli-kaliumlu şüşələrdə SiO2(76-79%), CaO (5-8%) olduqda yaxşı boyanma alınır.

Misli yaqutun boyama intensivliyi bişirmə sobalarının temperaturundan və məmulatın təkrar qızdırılma temperaturundan asılıdır. Şüşə yüksək temperaturda daha yaxşı boyanır. Misli yaqutun şixtanın tərkibində mis oksidi ilə bişirilməsi zamanı bərpaedici kimi KHC4H4O6 duzundan istifadə etmək vacibdir. Bundan başqa şüşənin boyanmasını yaxşılaşdırmaq üçün şixtaya metal şəklində qalay və ya başqa birləşmə daxil etmək lazımdır (oksid, duz). Mis yaqutu bədii məmulatların həmçinin dəmiryol və su nəqliyyatı üçün nəzərdə tutulan siqnal şüşələrinin boyanmasında tətbiq edilir.

Selen. Şixtanı sarı və tünd qırmızı rəngə boyayan selen yaqutunun alınması üçün şixtaya müxtəlif miqdarda elementar selen və kükürdlü kadminum daxil edirlər; hərdən karbonatlı kadmium, kükürd və selen tətbiq oluna bilər. Fərz etmək olar ki, selen yaqutu rəngi sulfid kadmium və selenit kadmiumun CdSe nisbətindən asılıdır, o, 100% CdS olduqda sarıdan, xeyli miqdarda CdSe olduqda, tünd qırmızı rəngə qədər dəyişir. Qızıl və mis rubinin bişirilməsində olduğu kimi selen rubininin də rəngi xeyli miqdarda bişirilmə şəraitindən asılıdır. Selen yaqutlu şüşələr üçün tərkibində 6-15% sink oksidi olan tərkibdən istifadə olunur ki, bu da uçuculuğunu Selenin azalması ilə əlaqədar olaraq daha intensiv boyama qabiliyyətinə malikdir. Boratlı birləşmələr Selenin uçuculuğunu azaltmaqla parlaq-çəhrayı rəngin alınmasına təsir göstərir. Selenli yaqut şüşənin bişirilmə şərtlərindən biri zəifbərpaedicili peç reciimdir. Selenli rubin bədii şüşələrin, Frenel linzalarının, siqnal və başqa şüşələrin boyanmasında tətbiq olunur.


Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin