Magİstratura mərkəz


I FƏSİL. ƏDƏBİYYAT İCMALI



Yüklə 462,57 Kb.
səhifə6/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   2   3   4   5   6   7   8   9   ...   77
I FƏSİL. ƏDƏBİYYAT İCMALI

1.1. Şüşə məmulatlarının istehsalının müasir vəziyyəti
Şüşəçilik insanlar tərəfindən kəşf etdiyi ən qədim süni maddələrdən istifadə etməklə bu günə qədər bir çox mədəniyyətlərin birləşməsi ilə davamlı inkişaf etdirilən və gündən-günə bazarda payını artıran qədim bir sənətdir.

Şüşə, texniki və kimyəvi tərkibinə görə silisium dioksid, potas və ya soda, əhəng və bəzən də başqa qarışıq maddələrinin qarışdırılıb yüksək istilikdə əridilməsi ilə əldə edilən, şəffaf, yarışəffaf, şəkilsiz və kristallaşmadan qatılaşan bir maddə olaraq şüşə emalı sənayesi tərəfindən geniş istehsal edilir.

Bildiyimiz kimi, şüşə yüksək temperaturda ərinti halından sürətli bir şəkildə otaq temperaturunda soyudulan və bu zaman kristallaşma göstərməyən amorf quruluşlu (müntəzəm quruluşda) bir materialdır.

Bir çox kimyəvi maddələr (məsələn, soda və s.) maye şüşədə, şüşənin bərkiməsi, sərtləşməsi kimi müxtəlif xassələrin, xüsusiyyətlərin şüşə xammalına əlavə edilməsi üçün istifadə edilir. Ayrı-ayrı fərdi atomlar kristal qəfəs deyə tanınan ardıcıl 3 ölçülü sıralar meydana gətirəndə, kristallar əmələ gəlir. Lakin şüşə, maye halda olarkən soyumağa başlayanda, təsadüfi bir şəbəkə yaradır. İonlar bu torun bəzi bölgələrinə sızaraq, şəbəkə strukturunu yenidən bərpa edir və beləliklə, şüşənin ionlara bağlı olan xüsusiyyətləri meydana çıxır. Bu prosesdə iştirak edən ionlar, şəbəkə tənzimləyiciləri adlandırılmasının səbəbi bundan ibarətdir.

Şüşə istehsalı zamanı seçilən əsas tərkib komponentləri elə olmalıdır ki, onlara istehsal zamanı xaricdən kifayət qədər enerji verilərsə o, maye hala keçir, soyuyandan sonra isə qatılaşır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, atomların nizamlı düzüldüyü bir kristal materialda ərimə temperaturunun altında xətti qatılaşma baş verir. Şəkil 1.1-dən də aydın olduğu kimi soyuyarkən həcm kiçilir. Məsələn, mis 1083ºC-də əriyir və bu istiliyin altında qatılaşır.




Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin